8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Kriptovalyutalara investisya etmək istəyənələr üçün 7 tövsiyyə


Kriptovalyutalara investisya etmək istəyənələr üçün 7 tövsiyyə

01.01.2018 20:10
admin

Cari ilin aprel ayında Yaponiyanın ilk rəqəmsal valyuta olan bitkoini ölkə daxilində ödəniş vasitəsi kimi qəbul etməsindən sonra ümumilikdə kriptovalyutaların dəyərinin artım tempində daha da sürətlənmə müşahidə olunmaqdadır. Qiymətlərin artımı fonunda potensial investorların kriptovalyutalara marağı getdikcə artmaqdadır. Hazırda kriptovalyutalar riskli olsa belə ən gəlirli investiya alətlərindən biri hesab edilir. Bunun üçün iki əsas səbəb var:

Texnologiyanın inkişafı. İqtisadiyyatın rəqəmsallaşdığı bir dövrdə kriptovalyutaların verə biləcəyi texnoloji imkanlar fiat pullarla müqaisədə daha çoxdur.
Qiymət artımı. Milli.Az banker.az-a istinadən bildirir ki, bir çox fiat valyutalar inflyasiya nəticəsində dəyərni itirdikləri halda kriptovalyutalarda əskinə olaraq dəyəri zaman keçdikcə artıma daha çox meyillidir. Bu tendensiyanı kapitalizasiyasına görə ilk otuzluqda olan kriptovalyutaların qiymətinin artım tarıxçəsinə nəzər yetirsək daha aydın görmək olar
Bəs risklər? Təbii ki, risklər də var. İnvestiya kimi kriptovalyutalara bağlı iki mühüm risk faktoru qeyd etək istəyirəm:

Yüksək volatillik riski. Bu o deməkdir ki, qiymət artımı zamanı müəyyən gəlir əldə etmiş investor qısa müddət ərzində qiymətin düşməsi zamanı bütün investisiyasını itirə bilər və bundan heç kim sığortalanmayıb.
Hüquqi risk. Kriptovalyutalar üzrə hələ də hüquqi tənzimləmə mexnizmi olmadığından investorların istədikləri ölkədə öz rəqəmsal pullarını nəğdləşdirmək və ya ödəniş vasitəs kimi istifadə imkanları məhduddur.
     İstənilən yeni texnologiya ilk başlanğıcda elə bir fazada olur ki, həmin vaxt insnalar onun həqiqi dəyərini qiymətləndirməkdə çətinlik çəkir lakin bununla belə gələcəkdə hansı prespektivlər gözlədiyini də anlayır. Misal üçün 90-cı illərin sonunda bir çox internet proyektlər var idi ancaq hazırda real dəyəri başlanğıcdakı dəyərindən dəfələrlə çox olan Google, eBay, PayPal, Amazon kimi şirkətlər bazarda qalmağı bacarıb. Digərləri isə ya iflas edib ya da unudulub. Hazırda kriptovalyutalarla da eyni vəziyyətdir. Coinmarketcup.com-a istinadən hazırda 1300-dən çox kriptovalyuta mövcudur və gələcəkdə hansının daha çox uğur qazanacağnı indidən dəqiq proqnozlaşdırmaq çox çətindir.

Bu səbəbdən istərdim ki, yeni başlayanlar üçün kriptovalyutalara investisya etməzdən əvvəl aşagıdakı tövsiyyələri nəzərdən keçirsinlər:

İnvestisiya etdiyiniz kripto-sektoru öyrənin. Bir çoxları kriptovalyutaların xüsusiyyətlərini, tətbiq imkanlarını, təhlükəsiz saxlama formalarını bilmədən investiya etməyi qərara alırlar. Lakin qiymətın bahalaşmasını səbəb gətirərək tələsik investiya etmək düzgün deyil. Razıyam ki, investor üçün əsas məqsəd qaznmaqdır lakin "hamı alır məndə alım" prinsipi kripto texnologiya sektorunda keçərli deyil və ani səhv nəticəsində bütün vəsaitlərinizin itirilməsi ilə nəticələnə bilər. Hesab edirəm ki, daha çox qazana biləcəyiniz deyil daha çox bildiyiniz sahəyə yatırım etməniz daha məsləhətlidir. Investisiya etdiyiniz sahə üzrə nə qədər çox bilik və təcrübəniz olsa bir o qədər uğur qazanmaq şansınız çox olacaq.
Kriptovalyutaların qiymətinin kəskin enməsinə və ya qalxmasın hazır olun. Istənilən investisiya müəyyən risklə müşayət olunur ki, kriptovalyutaların qiymətinin volatilliyi faktoru bu riskləri ikiqat daha çox artırır. Bəzi investorlar hesab edir ki, koinlərin qiyməti ancaq artan temp üzrə gedir və ya daim belə olacaq. Lakin təcrübə göstərdi ki, qətiyyən belə deyil. Qiymətlərin dəyişməsi mütləq şəkildə hər hansı bir informasiya və ya hadisədən aslı olaraq baş verir. Bu səbəbdən qiymətə təsir edən faktorları analiz edərkən səbrli və soyuqqanlı olmaq lazımdır. Qiymətin düşdüyü zaman tələsik qərar verib investisiyanı cıxarmaq və ya qiymətlərin artdığı vaxt əlavə investiya etməyə tələsməyin.
Kriptovlyutanın təhlükəsiz yerdə saxlanmasına əmin olun. Kriptovalyutaların üç əsas saxlanma forması var: elektron cüzdan, birja hesabı və xüsusi "offline" fleşkartlar. Koinləri almazdan əvvəl sizin üçün şərtləri daha əlverişli və təhlükəsizlik səviyyəsi daha yüksək olan elektron cüzdanı seçmək lazımdır. Bacardığınız qədər elektron cüzdanların təklif etdiyi bütün təhlükəzik qaydalarını aktivləşdirin. Elektron cüzdanlar və kripto birjalarda işləmək bacarığı və təcrübəsi olamayan investorlar üçün əməliyyatlar aparmaq çox təhlükəlidir və istənilən cüzi səhv elektron vəsaitin itirilməsi ilə nəticələnə bilər. Xüsusilə bitkoinlərin saxlanıldığı kripto cüzdan üzrə parolun itirildiyi və ya unudulduğu zaman onun bərpası mümkün olmayacaq.
Kriptovalyutalarınızı birjada uzun müddət saxlamayın. Alqı-satqı edəcəyiniz birjalar haqqında qabaqcadan məlumat toplayın. Birjalar əlverişli interfeys, çox funksionallıq, mübadilə edilə bilən valyuta cütlüklərin sayı, komissiya haqqı və etibarlılığına görə bir birindən fərqlənirlər. Investorlar kripto-birjaların xidmətindən istifadə edərkən 3 əsas risk amilini nəzərə almalıdırlar: birjanın iflası, birjaya xaker hücumu, birja inzibatçılarının fırıldaqçılığı. Odur ki, vəsaitlərinizin əhəmiyyətli hissəsinin "offline" fleşkartlar və ya elektron cüzdanda saxlanması daha təhlükəsizdir. Məlumat üçün qeyd edim ki, 2014-cü ildə bir çox investor o zaman ən böyük bitkoin-birja olan Mt.Gox-a xaker hücümu nəticəsində öz vəsitlərini itirdilər və nəticədə birja iflas elan olundu, ümumi bazarda isə bitkoinin qiyməti 30% düşdü. Həmçinin bu ilin iyul ayında ən böyük kripto-birjalarından biri olan BTC-e birjasının inzibatçısının qanunsuz əmıliyyatları nəticəsində birjanın fəaliyyətinə xitam verildi və istifadəçilər hələdə öz vəsaitlərini geri ala bilmir.
Qiyməti ucuz olan koinlər hələ ona investisya etmək üçün səbəb deyil. Çox zaman investorlar qiyməti baha olan koinlərdənsə nisbətən kiçik kapital ilə dəyəri bir dollardan aşağı olan koinlər almağa üstünlük verir ki, gələcəkdə qiymət artan zaman daha çox qazansınlar. Əgər siz yenisinizsə kaptalizasiyasına görə top 20-likdə olmayan kriptovalyutalara dərindən analiz etmədən investisiya etməyin. Elə koinlər var ki, onlar spekulyativ xarakter daşıyır. Bu tip koinlər qısa müddət ərzində dəyərinin əhəmiyətli artması zamanı özünə diqqət cəlb edir və müyyən həddə çatdıqdan sonra spekulyantlar konlərini satıb bazardan çıxırlar. Son nəticədə bazara ən son girən investorların aktivlərinin dəyərdən düşməsinə səbəb olur. Bu tip "əməliyyatlar" kripto-birjalarda adı haldır.
İnvestisiyanızı diversifikasiya edin. Əgər uzunmüddətli yatırım etmək planınız varsa o halda investisiya portfelinizi: 50% bitkoin, 25% litecoin, 25% isə ethereum-da saxlamağınıza tövsiyə edərdim. Təbii ki, bu zaman faiz nisbətlərini dəyişməklə digər - Ripple, Neo, IOTA, Monero, Qutm, Waves, Zcash kimi potensialı yüksək qiymətləndirilən koinlərdə də saxlamaq mümkündür lakin çalışmaq lazımdır ki, mümkün qədər 50% investisiyanızı bitkoində saxlayasınız. Əgər qısamüddətli yatırım etmək istəyirsinizsə o halda altkoinlərə investisiya etmək sərfəli olmayacaq. Çünki qiymətinin artım tempi hazırda ən çox bitkoində müşahidə olunur və sizə digər koinləri əldə etmək üçün bitkoin alıb onu altkoinlərə çevirmək lazım gələcək. Sonradan koinlərinizi  nəğdləşdirmək üçün onları bitkoinə çevirmək lazim gələcək və bu zaman altkoinlərin dəyərinin bitkoinin dəyərinə nisbətində çevirdikdə uduza bilərsiniz.
Borc götürülmüş kapital ilə investiya etməyə tələsməyin. Kriptovalyutalar yüksək riskli investiya olduğu üçün nə qədər cazibədar olsa belə borca götürülmüş kapital ilə investya etmək məsləhət deyil. Borca götürülmüş kapital çox zaman qısamüddətli olur və bu müddət ərzində investiya etdiyiniz koinlərin qiymətinin dəyişməsi nəticəsində kapitalınızı itirə bilərsiniz.
 

Umid edirəm yuxarıda qeyd etdiyim tövsiyyələrin gələcəkdə kriptovalyutalarla investisiya etməklə bağlı verdiyiniz qərarlara müsbət mənada təsiri olacaq. Təcrübə onu göstərir ki, uğurlu investor olmaq üçün əsasən üç önəmli faktor olmalıdır: informasiya, risk etmə bacarığı və bir az da şans. Unutmayın ki, investiya instrumenti üzrə malik olduğunuz informasiyanı "risk iştahanız"ın imkan verdiyi sərhəddə istifadə etmək şansınızı yolxamaq heç vaxt gec deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *