-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ripple yeni rekordlar qırmağa davam edir


Ripple yeni rekordlar qırmağa davam edir

26.12.2017 23:55
admin

Ripple şirkəti və şirkətin XRP simvolu ilə tanınan kriptovalyutası haqqındakı düşüncələr uzun müddətdir müzakirə edilirdi. Buna baxmayaraq, layihə tamamilə uğurlu bir şəkildə yoluna davam edir. Son bir neçə həftə ərzində Ripple-nin qiyməti 0.70 dollara yüksəlmişdi. Dünən gecə bu rəqəm 1 dollar səviyyəsinə çatıb.

Milli.Az kripto.az-a istinadən bildirir ki, çoxları Ripple-ni bu səviyyəyə yüksəlməsini gözləmirdi, ancaq artıq inkaredilməz bir reallıq var: kriptovalyuta sahəsindəki istənilən layihə uğur qazana bilər.

2017-ci il sona çatmaq üzrədir, ancaq kriptovalyutalar yüksəlişə davam edir. Dash-ın qiymətinin 1500 dolları keçdiyini xəbər vermişik. Bitcoin rekord qırma dövrünü bitirmiş kimi görünsə də, altkoinlərin dəyəri son həftələr ərzində sürətlə artmaqdadır. Bu altkoinlərdən biri tam olaraq kriptovalyuta kimi qəbul edilməsə də, Ripple-dir. On gün əvvəl 0.20 dollar səviyyəsində müəyyən olunan Ripple bu gün 1 dollara yüksəlib.

Kriptovalyuta sənayesindəki bəzi mütəxəssislər Ripple-nin qiymətinin növbəti ildə 2 dolları da keçəcəyini söyləyiblər. Buna rəğmən, əksər istifadəçi 1 dollarlıq dəyəri də gözləmirdi. Çünki Ripple mart ayında 0.006 dollar dəyərində hərəkətsiz qalmışdı. Ripple-ni "bankçıların seçimi" kimi dəyərləndirsələr də, qiymətin sürətlə artması onun digər kriptovalyutalardan heç də fərqlənmədiyinə əsasdır.

Son 24 saat ərzində Ripple-nin 0,725 dollardan 1.08 dollara yüksəldiyinin şahidi olduq, üstəlik qiymət artarkən heç bir əhəmiyyətli müqavimət olmadı. Əlbəttə, 0.85, 0.92 və 0.95 səviyyələrində böyük satışlar görüldü, ancaq Ripple-nin qiymətinin artmasına mane olan heç bir şey yox idi. Mövcud maneələr belə dəqiqələr içərisində aradan qaldırıldı. Artıq kriptovalyuta bazarında yaşanan istənilən hadisə o qədər də təəccüb doğurmur. Texnologiya baxımından olmasa da, bazar dəyərinə görə lider olan Bitcoin belə gündəlik olaraq böyük qiymət enişləri yaşaya bilər.

Ripple-a olan tələbat sürətlə artır

Ripple-a olan tələbin olduqca böyük hal aldığını söyləmək olar, çünki son 24 saatda 2.3 milyard dollarlıq Ripple alqı-satqı əməliyyatı reallaşdırılıb. Qrafiklərə baxdığımızda, Ripple-a investisiya qoymaq istəyənlərin satmaq istəyənlərdən kifayət qədər çox olduğunu görmək olar. Ripple-nin inkişaf qrupu 55 milyard koini dondurmuşdu, bu da rəqəmsal pulun dəyərinə əhəmiyyətli təsir göstərdi.

Bu yeksəlişin ən böyük səbəblərindən biri də "Bithumb" birjasının istifadəçiləridir. Cənubi Koreya birjalarında Ripple-nin qiyməti 1,3 dollara çatıb. Qərbdəki birjalarda Ripple-nin dəyəri 1 dollardır, ancaq burada bariz bir satış trendi qeydə alına bilər. Ripple ən böyük kriptovalyuta birjası hesab olunan "Bitfinex"-də 1, "Bittrex"-də 1.05, "Poloniex"-də isə 1.01 dollar dəyərində yer alır.

Bütün bu hərəkətliliyi nəzərdən keçirsək, 2017-ci ili kriptovalyutalar üçün bitməmiş hesab edə bilərik. Bitcoin müəyyən qədər dəyər itirməsinə baxmayaraq, sağlam bir layihəyə sahib olan altkoinlər böyük dəyər qazandı. Bitcoin Cash 3300 dolları keçdi. Ripple yüksəlişə davam edir. Monero isə 450 dollar dəyərindədir. Ötən həftə ərzində bir çox koin tarixlərində gördüyü ən yüksək qiymətə çatdı. Bütün bunları nəzərə alsaq, ilin sonuna kimi ciddi qiymət artımlarına şahidlik edə bilərik. Beləliklə, kriptovalyuta bazarı hamını təəccübləndirməyə davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *