13,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Nazir: Azərbaycanın qeyri-neft sektoru 2017-ci ildə uğurla inkişaf edib


Nazir: Azərbaycanın qeyri-neft sektoru 2017-ci ildə uğurla inkişaf edib

22.12.2017 19:16
admin

Azərbaycanın qeyri-neft sektoru 2017-ci ildə uğurla inkişaf edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlığın inkişafı və "Made in Azerbaijan" brendinin təşviqinə həsr olunmuş tədbir zamanı deyib.

Nazir qeyd edib ki, bu il iqtisadiyyatın inkişafı üçün vacib addımlar atılıb və bu istiqamətdə yaxşı nəticələr əldə olunub: "2017-ci ilin 11 ayı ərzində Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2,1 faiz, qeyri-neft sənayesi 3,5 faiz, kənd təsərrüfatı isə 4,2 faiz artıb".

Ş.Mustafayev vurğulayıb ki, bu il müxtəlif infrastruktur layihələri reallaşdırılıb, dövlət dəstəyi mexanizmləri uğurla tətbiq edilib.

Nazir həmçinin sahibkarlıq fəaliyyətinin yoxlanılmasına moratorium məsələsinə toxunaraq deyib ki, 25 ay ərzində yalnız 143 yoxlama həyata keçirilib. Bundan əvvəlki 25 ay ərzində isə yoxlamaların sayı 121 mini keçmişdi.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *