6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Bankların vəziyyəti ürəkaçan deyil -


Bankların vəziyyəti ürəkaçan deyil -

06.12.2017 11:25
admin

"Bu il kommersiya banklarındakı əmanətlərin həcmi 7 milyard 747 milyon manatdan 7 milyard 22 milyon manatadək, yəni 725 milyon manat azalıb. Mövcud əmanətlərin 1 milyard 982 milyon manatı milli, 5 milyard 40 milyon manat isə xarici valyutada saxlanılır. Deməli, əmanətlərin 70 faizindən çoxu xarici valyutadadır. Əmanətlərin həcminin azalması ilə yanaşı diqqəti çəkən digər məqam depozit faizlərinin aşağı düşməsidir".

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, əgər əvvəllər əksər banklarda manat üzrə depozitlərə 15, dollardakı vəsaitə 3 faiz təklif olunurdusa, indi bu göstərici, milli valyuta üzrə əksər banklarda 10 faizdən aşağı, xarici valyutada isə orta hesabla 1 faizdir: "Sual yaranır: əgər depozit məbləğləri azalırsa, niyə banklar faizləri aşağı salmaqda davam edirlər? Bankların depozit faizlərini aşağı salması əmanətlərin yerləşdirilməsində çətinliklərin olması ilə bağlıdır. Yəni, bankların əksəriyyəti depozit kimi cəlb etdiyi vəsaiti kredit formasında yerləşdirməkdə çətinlik çəkirlər. Bu, kreditlər üzrə şərtlərin sərtləşdirilməsi ilə yanaşı, hələ də kredit bazarında riskin yüksək olması ilə əlaqədardır".

Ekspertin fikrincə, banklar azalmış depozit faizlərini də daha aşağı salmağa məcbur olacaqlar: "Rəsmi statistikaya əsasən, bu il bankların kredit portfeli 16 milyard 705 milyon manatdan 12 milyard 437 milyon manatadək azalıb. Bu isə o deməkdir ki, kredit portfelində azalma hətta depozit həcmi ilə müqayisədə daha qabarıq özünü göstərir. Nəticədə, banklar cəlb etdikləri vəsaiti iqtisadiyyata yönəltməkdə çətinlik çəkdikləri üçün depozit faizlərini aşağı salmaqda davam edirlər. Təəssüf ki, depozit faizlərinin aşağı salınmasına baxmayaraq, Azərbaycanda kredit faizləri yüksək olaraq qalır. Bununla yanaşı, güman olunur ki, depozit faizlərində azalmalar davam edəcək".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031