9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Bakı Şopinq Festivalının müddəti uzadıldı


Bakı Şopinq Festivalının müddəti uzadıldı

14.11.2017 11:52
admin

Bakı Şopinq Festivalının müddəti uzadılıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Konqreslər Bürosunun rəhbəri Ülviyyə Mir-Qasımovanın Trend-ə verdiyi məlumata əsasən, İkinci Bakı Şopinq Festivalının müddəti daha 10 gün artırılıb.

Onun sözlərinə görə, festival noyabrın 25-dək davam edəcək:

"Ticarət obyektlərinin və alıcıların çoxsaylı xahişləri nəticəsində, ölkə rəhbərliyi Şopinq Festivalın müddətini artırmaq qərarına gəlib. Artıq noyabr ayının 15-nə kimi yox, 25-nə kimi Festival çərçivəsində təqdim olunan fürsətlərdən istifadə edə bilərsiniz".

Üzərində "Baku Shopping Festival-Tax-Free" nişanı olan mağazalardan toplam məbləği 100 AZN-dən yuxarı alış-veriş edən alıcılara ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Alış-veriş zamanı satıcı alıcıya elektron Vergi Hesab Fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir.

ƏDV köşklərinin ünvanını festivalın saytındakı http://bakushopfest.com/edv-koshkleri/ keçidindən əldə edə bilərsiniz.

Qeyd edək ki, Birinci Bakı Şopinq Festivalı bu ilin 10 aprel-10 may tarixlərində keçirilib. İkinci Bakı Şopinq Festivalına oktyabrın 15-da start verilib. Festivalın noyabrın 15-dək davam etməsi nəzərdə tutulurdu.

Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *