9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Səfir: İtaliya TAP-a böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir - FOTO


Səfir: İtaliya TAP-a böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir - FOTO

13.11.2017 20:20
admin

İtaliyanın Mərkəzi hökuməti Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsinə böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir.

Milli.Az bildirir ki, Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini Energetika Nazirliyində keçirdiyi görüş zamanı deyib.

Səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əməkdaşlıq əlaqələri enerji sektorunda birgə layihələrlə daha da möhkəmlənəcək. Avropaya qazın yeni mənbədən daxil olması baxımından Trans-Adriatik (TAP) qaz boru kəmərinin nəinki İtaliya, bütövlükdə Avropa üçün vacibliyini vurğulayan səfir layihənin İtaliya əraizindən keçən hissəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, sentyabr-oktyabr aylarında TAP üzrə mühüm irəliləyişlər əldə olunub. İtaliya Konstitusiya məhkəməsi Trans-Adriatik (TAP) qaz boru kəmərinin Apuliya vilayətində tikintisinə icazə verib. Bütün bunlar isə göstərir ki, İtaliyanın Mərkəzi hökuməti layihəyə böyük önəm verir və onun vaxtında həyata keçirilməsini dəstəkləyir.

P.Şahbazov isə "Cənub Qaz Dəhlizi"nə daxil olan layihələr üzrə işlərin gedişatı barədə məlumat verib. Bildirib ki, bu layihələrin icrası prosesindəki intensivliyin TAP layihəsində də təmin olunması enerji təhlükəsizliyi ilə bağlı qarşıya qoyulmuş hədəflərə yaxınlaşdırır. Nazir layihə üzrə işlərin 60 faiz icrasına və İtaliya hokumətinin dəstəyinə görə minnətdarlığını bildirib. TAP-ın 2020-ci ildə Azərbaycan qazını qəbul etməyə hazır olması üçün İtaliya hökumətinin dəstəyinin davamlı olacağına ümidini ifadə edib.

Görüşdə alternativ və bərpa olunan enerji mənbələri, eləcə də enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində iki ölkə arasında məsələlərə dair müzakirələr aparılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *