9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Şahin Mustafayev Braziliyanın Azərbaycandakı səfiri ilə görüşüb


Şahin Mustafayev Braziliyanın Azərbaycandakı səfiri ilə görüşüb

13.11.2017 21:42
admin

Noyabrın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarla görüşüb.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Braziliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əlaqələrinin də bu səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında ticarət və investisiya əməkdaşlığı sahəsində imzalanmış anlaşma memorandumları, 2017-ci ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiyalar üzrə Birgə İşçi Qrupu iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Nazir Şahin Mustafayev kənd təsərrüfatı, turizm, idman və s. sahələrdə əməkdaşlıq imkanlarını, sahibkarlar arasında əlaqələrin qurulmasının əhəmiyyətini, Braziliyanın Şimal-Cənub nəqliyyat dəhlizinin istifadə imkanlarını diqqətə çatdırıb.

Braziliya Azərbaycandakı səfiri Santyaqo Luis Bento Fernandes Alkasar Azərbaycanın Braziliya üçün Şərq və Qərb arasında yerləşən strateji ölkə olduğunu qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini yüksək qiymətləndirib, layihənin nəqliyyat əlaqələrinin genişləndirilməsindəki əhəmiyyətini vurğulayıb. Səfir Santyaqo Luis Bento Fernandes Alkasar iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə ölkəmizə səfəri gözlənilən Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunesin səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayevlə Azərbaycan-Braziliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərini müzakirə etmək istəyini diqqətə çatdırılıb və müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *