9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » DGK sədri: Pakistana səfər ölkələrimizin gömrük xidmətləri arasında əlaqələrin bütün sferalarda uğurla inkişafına xidmət edəcək


DGK sədri: Pakistana səfər ölkələrimizin gömrük xidmətləri arasında əlaqələrin bütün sferalarda uğurla inkişafına xidmət edəcək

13.11.2017 19:32
admin

İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərlərinin noyabr ayında Pakistanın İslamabad şəhərində baş tutacaq iclasında iştirak etmək üçün Pakistana səfər ölkələrimizin gömrük xidmətləri arasında da əlaqələrin bütün sferalarda uğurla inkişafına xidmət edəcək.

Milli.Az bildirir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bunu komitə sədri Aydın Əliyev Pakistanın "The News" nəşrinə müsahibəsində deyib.

Dövlət Gömrük Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənməsinə töhfəsini verəcək.

A.Əliyev müsahibədə Azərbaycan-Pakistan münasibətləri, o cümlədən iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsi və perspektivlər barədə fikirlərini bölüşüb. Komitə sədri Azərbaycan Gömrük Xidmətinin fəaliyyəti barədə də danışıb.

Azərbaycan və Pakistan gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinə gəlincə, diqqətə çatdırılıb ki, hələ 2004-cü il iyulun 8-də Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş imzalanıb. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu gömrük hüquqpozmaları, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə, gömrük işinin təşkili və digər sahələrdə qarşılıqlı əməkdaşlıq edir. Hazırda bu əlaqələri qarşılıqlı maraq doğuran bütün sahələrdə dərinləşdirmək zəruridir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *