9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Azərbaycan Beynəlxalq Bankında ipoteka kreditlərinin illik faiz dərəcəsi və ilkin ödəniş məbləği azaldıldı


Azərbaycan Beynəlxalq Bankında ipoteka kreditlərinin illik faiz dərəcəsi və ilkin ödəniş məbləği azaldıldı

13.11.2017 11:40
admin

"Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankında adi ipoteka kreditlərinin şərtləri asanlaşıb. Kreditlərin illik faiz dərəcəsi 7%-ə, ilkin ödəniş şərti isə 20%-ə qədər azaldılıb. İpoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir. Kreditin maksimal məbləği 150.000 manat, müddəti 25 ildir.

İpoteka krediti almaq üçün müştərilər https://e-gov.az portalı vasitəsilə əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər. Azərbaycan Beynəlxalq Bankında ipoteka kreditlərinin rəsmiləşdirilməsi bankın Səbail filialında (Bakı şəhəri, Tolstoy küçəsi - 191) həyata keçirilir.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *