9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » Nazir: ""Cənub Qaz Dəhlizi" Azərbaycan-Aİ əməkdaşlığını möhkəmləndirəcək" - FOTO


Nazir: ""Cənub Qaz Dəhlizi" Azərbaycan-Aİ əməkdaşlığını möhkəmləndirəcək" - FOTO

11.11.2017 17:10
admin

Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan "Cənub Qaz Dəhlizi"nin reallaşması nəinki Azərbaycanla Avropa İttifaqı (Aİ), həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Aİ-nin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Çoxşaxəli əməkdaşlığa malik Azərbaycan-Aİ əlaqələrinin müxtəlif proqramlar və layihələr çərçivəsində uğurla inkişaf etdiyini deyən P.Şahbazov münasibətlərin yeni mərhələnin ərəfəsində olduğunu qeyd edib.

Bildirilib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Aİ ilə uğurlu nəticələrə nail olunub.

K.Yankauskas layihənin Aİ-nin yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycanla Aİ arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *