28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım


İstirahət mərkəzlərindəki qiymətlərdə fantastik artım

19.06.2017 17:32
admin

Artıq bir neçə ildir ki, yerli turizmdə xeyli canlanma müşahidə olunur. İş yorğunluğu və şəhərin səs -küyündən qaçmaq istəyən paytaxt sakinləri istirahət günlərində ölkənin müxtəlif bölgələrinə səfərlər planlaşdırır. Bunun ölkə turizminin inkişafında müsbət tərəfləri olsa da, görünən odur ki, təsiri qiymətlərdən yan keçmir. Belə ki, bir-iki il əvvəlki otel qiymətlərinə nəzər saldıqda aradakı fərqi açıq şəkildə görmək olar.

Milli.Az xəbər verir ki, qafqazinfo otel və istirahət mərkəzlərinin ötən illərdə və bu il təklif etdiyi qiymətlərə nəzər salıb. Kənd evlərində qiymətlər uyğun olsa da, otellərin təklif etdiyi rəqəmlər xeyli yüksəlib. 

Xızıda yerləşən Altıağac "Cənnət Bağı" istirahət mərkəzində ötən il 2 nəfər üçün səhər yeməyi daxil 1 otaqlı nömrələr 55-80 AZN, 2 otaqlı nömrələr isə 100 AZN-a tapmaq olurdusa, hazırda ən aşığı qiymət 80 manatdan başlayır. Lyuks otaqların qiyməti isə 170-240 AZN arasında dəyişir.

Analoji hal Qubada yerləşən "Bərpa SPA Mərkəzi"ndə də müşahidə olunur. Artıq 2 nəfərlik 1 otaqların qiyməti 60 yox, 80 AZN-dən başlayır.

Booking.com-da reputasiyası güclü otellərimizdən biri olan "El Resort" Qaxda fəaliyyət göstərir. Artıq otel 2 nəfərlik  1 otaq qiymətini 158 manata təklif edir.  Ötən illərdə isə bu qiymət 90-110 manat arasında dəyişirdi.

Nabranda "Ober-lux" istirahət və əyləncə mərkəzində əvvəl 3 dəfə yemək daxil 1 gecəlik xidmətdən 55 AZN-ə yararlanmaq olurdusa, hazırda həmin məbləğə yalnız səhər yeməyi daxil edilir.

Hazırda ən çox üz tutulan otellərdən biri Qafqaz Tufandag Mountain Resort otelinə 24 saat ərzində 39 rezervasiya olunub. Onun nəticəsidir ki, yay ayları üçün Qəbələdə fəaliyyət göstərən bir çox oteldə yer tapmaq qeyri-mümkündür. Boş otaqlar üçün qiymətlər 120-160 manat arasında dəyişir.

Bundan başqa, şəhərdə 300- 450 manat arasındakı qiymətlərə bir gecəlik villalar da təklif olunur.  

Müxtəlif bölgələrdə bir gecəlik qiymətlər isə bu cür dəyişir:

Naftalan sanatoriyası: 30 manat

Şəki Cənnət bağı: 50 manat

Quba istirahət mərkəzi: 20-40 manat

Şəki-Qax kəndlərində ev kirayələyən zaman adambaşına düşən məbləğ: 10-15 manat

İsmayıllı rayonunun müxtəlif kəndlərində 5-10 nəfərlik evlər verilir ki, qiymət 60-100 manat arası dəyişir. Lahıc qəsəbəsində isə ailələrin qala biləcəyi evlər 30-40 manat arasında dəyişir. 

Altıağacda günlük qiyməti 25 manata 5 nəfərlik həyət evləri təklif edilir. Bu zaman adambaşına düşən məbləğ cəmi 5 manat olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930