-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Pensiya üçün staj müddəti vacibdirmi? - Ekspertlər açıqlayır


Pensiya üçün staj müddəti vacibdirmi? - Ekspertlər açıqlayır

24.01.2017 15:51
admin
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək pensiyası üçün staj məhdudiyyətinin aradan qaldırılacağını deyib. Nazirin sözlərinə görə, bununla bağlı məsələ artıq Milli Məclisə təqdim edilib.

Əmək pensiyası üçün staj məhdudiyyətinin aradan qaldırılmasını ANN.Az-a şərh edən iqtisadçı-ekspert Oqtay Haqverdiyev bu məhdudiyyətin dünya praktikasında da olmadığını vurğulayıb:

 
"Azərbaycan da bu praktikadan hələ indi istifadə etməyi planlaşdırır. Əgər qərarı Milli Məclis təsdiqləyərsə, 2018-ci ildən qərarın icrasına başlanılacaq. Ancaq prosesin icrası bir neçə il çəkəcək. Çünki hər il pensiya alanların sayı artır. Buna görə də, ola bilsin, sosial müavinətləri 100% ödəmək üçün məbləğ çatmasın. İndidən ləğv edilir deməklə, iş tamamlanmır. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, prosesin icrası müəyyən qədər vaxt alacaq. Məndə olan məlumata görə, nazirlik məsələ ilə əlaqədar yeni proqram üzərində çalışır. Həmin proqramda peniya yaş məsələsinə və sistemin özündə islahatların aparılması nəzərdə tutulub”.

"Əhalinin sayının təxminən 14%-i pensiya alanlar təşkil edir. Bu da bizim ölkə və büdcəmiz üçün böyük rəqəmdir. Ona görə də, nazirliyin təklif etdiyi bu prosesə birdən-birə keçid büdcə üçün heç də xoş olmayacaq. Əgər pensiya yaşı artırılarsa, bu hal az da olsa, büdcəni möhkəmləndiricək. Ancaq əhalinin sosial rifahına mənfi təsir göstərəcək”, - deyə O.Haqverdiyev əlavə edib.

Məsələyə münasibət bildirən iqtisadçı-ekpsert Qalib Toğrul ANN.Az-a açıqlamasında deyib ki, əmək pensiyası üçün staj məhdudiyyətinin aradan qaldırılması pensiya sahəsinin inkişafına istiqamətlənsə də, tək bu addımın atılması yetərli deyil:

 
 
"Digər addımların atılması da lazımdır. Özəl pensiya fondlarının yaradılması DSMF-yə dəstək olardı. Bununla bağlı strateji sənəddə nəzərdə tutulmuşdu ki, özəl pensiya fondu yaradılsın, ancaq təəssüflər olsun, bu proses həyata keçirilmədi. Fikrimcə, bu addımların kökündə DSMF-nin büdcədən asılılığın aradan qaldırılması nəzərdə tutulur”. 

"Dövlət Sosial Müdafiə Fondunun (DSFM) büdcədən maliyyələşməsilə bağlı bir çox yollara əl atılıb. Biz bilirik ki, işə götürən 22%, hər bir işçi özü də 3% olmaqla, cəmi 25% DSMF-yə vəsait ödənilir. Amma bizdə bu sistemin özündə müəyyən problemlər var. Yəni əməkhaqqının hamısının rəsmiləşdirilməməsi, iki mühasibatlıq, əmək haqqının bir hissəsinin paket şəkildə, yəni qeyri-rəsmi verilməsi və s. Pensiya yaşının artırılması ilə bağlı proses tək Azərbaycanda getmir, bütün dünyada eyni tendensiya var. Dünya ölkələri ilə fərqimiz ondan ibarətdir ki, əhalisi çox olan ölkələrdə, sürətli qocalma prosesi gedir. Bizdə isə o dərəcə deyil ki, pensiya yaşını artırılsın. Ola bilər, nazirliyin məqsədlərindən biri də odur ki, pensiya yaşı artırılsın”, - deyə iqtisadçı əlavə edib.  

 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, 2017-ci ilin büdcə xərclərində proqnozlaşdırılan 248 mln. manat artımın 229 mln. manatı əmək pensiyası üzrə xərclərə, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 5,6 mln. manat, digər xərclərə isə 13,4 mln. manat artım nəzərdə tutulub.

Orxan Aslanlı

Mənbə: www.ann.az



Loading...
Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *