12,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,85 AZN
10 RUB = 0,3 AZN

описание


» » Dörd faizlik marjanın ləğvi “qara bazar”ı ağardacaq...


Dörd faizlik marjanın ləğvi “qara bazar”ı ağardacaq...

12.01.2017 12:57
admin

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Mərkəzi Bankın “tam üzən məzənnə” siyasətinə keçməsi və 4 faizlik marjanın ləğv edilməsilə bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, Mərkəzi Bank birdən-birə “tam üzən məzənnə” siyasətinə keçməyəcək:

 

“Bununla əlaqədar olaraq addımlar atılıb. Bu, “strateji yol xəritəsi”ndə öz əksini tapıb. Amma birdən-birə bu siyasətə keçmək qeyri-mümkündür. Çünki müəyyən problemlər yarana bilər. Dünən Mərkəzi Bank və kommersiya banklarının birgə iştirakı ilə toplantı keçirildi. Banklara müəyyən göstərişlər verildi. Yəqin ki, bir müddət sonra nəticələrini görəcəyik”.

 

V.Əhmədov bildirib ki, dollar satışındakı 4 faizlik marjanın ləği “qara bazar”ın qarşısını alacaq:

 

“Marjanın götürülməsi “qara bazar”ın ləğvi və banklarda dollar satılmasını təmin edəcək. Amma bunlar müəyyən müddətdən sonra baş verəcək. Mən inanmıram ki, bu qısa zamanda baş versin. Proses mərhələli şəkildə, təxminən 5-6 aya icra olunacaq. Əks təqdirdə, maliyyə bazarında ciddi problemlər yaranacaq. Cənab Prezident Dövlət Neft Fondunun büdcəsini təsdiq etdi. Orada 7, 5 milyon manat Mərkəzi Banka transfer nəzərdə tutulub. Bunun üçün də vaxt lazımdır”.

Mənbə: faktxeber.com

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив