7,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,74 AZN
1 EUR = 1,83 AZN
10 RUB = 0,3 AZN

» » Banklar dolların məzənnəsini özləri müəyyənləşdirəcək


Banklar dolların məzənnəsini özləri müəyyənləşdirəcək

11.01.2017 20:30
admin

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

 

Toplantıda valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizinin, yəni marjanın (hazırda -/+4%) ləğv olunması barədə qərar qəbul olunub.

 

Belə ki, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb. Qeyd olunub ki, xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq. Bu isə o deməkdir ki, banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcəklər.

 

Qeyd edək ki, müəyyən edilmiş həmin marja banklara valyutanı Mərkəzi Bankın rəsmi kursundan 4% artığına satmağa icazə vermirdi. Bu da "qara bazar"ın yaranmasına gətirib çıxarmışdı. Başqa sözlə, bu qərar "qara bazar”ın tam yox olmasına gətirib çıxaracaq. Çünki indiki halda valyutanın satışı məsələlərində onun kommersiya banklarından heç bir üstünlüyü qalmır.

Mənbə: faktxeber.com

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Февраль 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728