19,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,29 AZN

описание


» » ABŞ-ın ən böyük maliyyə holdinqi dollarla bağlı proqnoz verdi


ABŞ-ın ən böyük maliyyə holdinqi dollarla bağlı proqnoz verdi

09.01.2017 23:10
admin
Qlobal maliyyə bazarı dolların kəskin möhkəmlənməsi tendensiyası ilə üzləşə bilər. 

"Report” "Rambler” portalına istinadən xəbər verir ki, bu proqnozla ABŞ-ın "Citigroup” maliyyə holdinqinin baş valyuta analitiki Stiven Enqlander (Stiven Englander) çıxış edib. 

Onun sözlərinə görə, əgər ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 1980-ci ildən bəri ən geniş iqtisadi stimullaşdırma proqramının həyata keçirilməsinə nail olarsa, dollar qlobal valyuta bazarında güclənəcək. 

Qeyd edək ki, Trampın seçkiöncəsi kampaniyasında səsləndirdiyi prezident proqramında yalnız nəqliyyat infrastrukturunun inkişafına 550 mlrd. dollar investisiya qoyulacağı bildirilib.

"Bloomberg” agentliyi isə qeyd edir ki, S.Enqlanderin fikrincə, Tramp və Konqres ABŞ iqtisadiyyatının stimullaşdırılması proqramını həyata keçirə bilsə, dolların məzənnəsinin avro və yenə qarşı 10%-dən çox möhkəmlənə bilər. 

Nəticədə, avro dollarla müqayisədə 90 sentə düşə, Yaponiyada isə dollar 130 yenə yüksələ bilər: "Trampın proqramı Ronald Reyqan dönəmindən sonra ABŞ üçün ən böyük fiskal "şok” ola bilər”. 

Xatırladaq ki, D.Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyadan sonra rəsmən prezidentliyə başlayacaq.

Mənbə: www.ann.az



Loading...
Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив