23,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,28 AZN

описание


» » Azərbaycanda "səhra gəmi"lərinin sayı artır - FOTO


Azərbaycanda "səhra gəmi"lərinin sayı artır - FOTO

03.01.2017 23:16
admin

Şabran rayonunda qədim dəvəçilik ənənələri davam etdirilir. Fermer Həsən Əliyev 10 ilə yaxındır rayonun Udulu kəndindəki təsərrüfatında dəvəçiliklə məşğuldur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  şabranlı fermer təsərrüfatındakı dəvələrin sayını səkkizədək artırıb. 2007-ci ildə bu işlə məşğul olmağa başlayanda isə Həsən Əliyevin cəmi dörd dəvəsi olub. Fermer həmin dəvələri Abşerondakı dəvəçilik təsərrüfatından alıb.

Fermer Həsən Əliyev "səhra gəmiləri"nin sayını daha da artırmağı və gələcəkdə böyük dəvəçilik təsərrüfatına sahib olmağı qarşısına məqsəd qoyub. O, Şabran rayonunda dəvəçilik təsərrüfatının artırılması və inkişaf etdirilməsi üçün uyğun şəraitin olduğunu bildirir.

Fermer ona tez-tez dəvə südü üçün müraciətlər olduğunu deyir. O qeyd edir ki, dəvə südü xalq təbabətində əvəzedilməz müalicə vasitəsi kimi istifadə olunur. Deyilənlərə görə, dəvə südü göy öskürək, boğazağrısı, mədə-bağırsaq və vərəm xəstəliyinin müalicəsində əvəzolunmaz vasitədir.

Fermer deyir ki, dəvələrdə inkişaf və böyümə digər ev heyvanları ilə müqayisədə çox sürətli olur. İki ildənbir doğan ana dəvə ömrü boyu 15-20 bala verir. Adi otlaq şəraitində bəslənən 4-5 yaşlı dəvə orta hesabla 450-500 kiloqram ət verir. Dəvə əti tərkibinə görə iribuynuzluların ətindən zəngindir. Dəvə ətinin digər müsbət cəhəti ondan ibarətdir ki, bu heyvan qocaldıqda belə əti yumşaq olur.

Həsən Əliyevin bildirdiyinə görə, dəvələrin qiyməti çəkisindən asılı olaraq 2500-3000 manat arasında dəyişir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив