1,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » ÇL-nin növbəti oyunları keçirilir - "Qarabağ" üçün növbəti sınaq başlayır


ÇL-nin növbəti oyunları keçirilir - "Qarabağ" üçün növbəti sınaq başlayır

18.10.2017 18:30
admin

Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

ATV.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 32 komandadan 16-sı növbəti oyunlarını bu gün keçirəcək. A, B, C və D qruplarında kifayət qədər maraqlı matçlar baş tutacaq. A qrupunun lideri “Mançester Yunayted” son sırada qərarlaşmış “Benfika”nı qəbul edəcək. MOİK-lə “Bazel” Moskvada görüşəcəklər. B qrupunda “Bavariya” “Seltik”i qəbul edəcəyi halda, PSJ “Anderlext”in qonağı olacaq.

C qrupunda “Qarabağ” “Atletiko”nu qonaq edəcək. Lider “Çelsi” isə “Roma”nı sınağa çəkəcək. D qrupunda isə "Yuventus" - "Sportinq" və "Barselona" - "Olimpiakos" duelləri olacaq.

Çempionlar Liqası, Qrup mərhələsi, III tur

18 oktyabr

A qrupu

22:45. MOİK (Rusiya) - "Bazel" (İsveçrə)

22:45. "Benfika" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə)

Xal durumu: "Mançester Yunayted" - 6, "Bazel", MOİK - 3, "Benfika" - 0.

B qrupu

22:45. "Bavariya" (Almaniya) - "Seltik" (Şotlandiya)

22:45. "Anderlext" (Belçika) - PSJ (Fransa)

Xal durumu: PSJ – 6, “Bavariya”-3, “Seltik” – 3, “Anderlext” – 0.

C qrupu

22:45. "Çelsi" (İngiltərə) - "Roma" (İtaliya)

20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (İspaniya)

Xal durumu: “Çelsi” – 6, “Roma” – 4, “Atletiko” – 1, “Qarabağ” – 0.

D qrupu

22:45. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

22:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: “Barselona” – 6, “Sportinq”-3, “Yuventus” – 3, “Olimpiakos” – 0.

Rövşən Əliyev/ ATV.az

Mənbə: news.atv.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *