28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » “Qarabağ”ın bütün rəqibləri dəqiqləşdi


“Qarabağ”ın bütün rəqibləri dəqiqləşdi

05.06.2017 00:00
admin
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Polşa çempionatında “Legiya”nın qalib olması ilə birlikdə bütün suallara aydınlıq gəlib.
Belə ki, daha əvvəl Slovakiyada birinci olmuş “Jilina”nın hansı səbətdə yer alacağı bu ölkənin çempionunun reytinqindən asılı idi. İyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasında “Legiya” çempionumuz kimi səpələnmişlər sırasında yer alacaq. Belə olan halda isə milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Jilina” səpələnməmişlərdən biri kimi ağdamlıların potensial rəqibi olub.
Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.
“Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb səpələnməmiş olan 12 rəqibdən 11-i məlumdusa, biri hələ dəqiqləşməyib.
Çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər
TNS (Uels) – 5,775
“Linfild” (Şimali İrlandiya) – 3,650
“Vikinqur” (Farer adaları) – 2,950
“Hibernians” (Malta) – 2,800
“Santa-Koloma” (Andorra) – 2,733

Səpələnməmişlər
“Alaskert” (Ermənistan) – 2,525
“La Fiorita” (San-Marino) – 1,566
“Europa” (Cəbəllütariq) – 1,500
“İnfonet” (Estoniya) – 1,300
“Trepça” (Kosova) – 1,000

II təsnifat mərhələsi

Səpələnmişlər
“Seltik” (Şotlandiya) – 42,785
“Zalsburq” (Avstriya) – 40,570
“Kopenhagen” (Danimarka) – 37,800
“Lüdoqorets” (Bolqarıstan) – 34,175
BATE (Belarus) – 29,475
“Legiya” (Polşa) – 28,450
APOEL (Kipr) – 26,210
“Maribor” (Sloveniya) - 21,125
“Qarabağ” (Azərbaycan) – 18,050
“Malmö” (İsveç) – 16,945
“Astana” (Qazaxıstan) – 16,800
“Partizan” (Serbiya) – 16,075
“Riyeka” (Xorvatiya) – 15,550
“Rusenborq” (Norveç) – 12,665
“Şerif” (Moldova) – 11,150
“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875
“Hafnarfyordur” (İslandiya) – 6,175

Səpələnməmişlər

“Jilina” (Slovakiya) – 5,850
“Jalgiris” (Litva) – 5,825
“Dandalk” (İrlandiya) – 5,815
“Vardar” (Makedoniya) – 5,125
“Dudelanj” (Lüksemburq) – 4,975
“Kukesi” (Albaniya) – 4,550
“Zrinski” (Bosniya və Herseqovina) – 4,050
“Buduçnost” (Monteneqro) – 3,300
“Honved” (Macarıstan) – 2,900
“Mariehamn” (Finlandiya) – 2,030
“Spartak” (Latviya) – 1,975
“Samtredia” (Gürcüstan) – 1,525
I təsnifat mərhələsinin 5 qalibi

Mənbə: tezadlar.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив