28,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » "Zidan ömrü boyu "Real"da qala bilər"


"Zidan ömrü boyu "Real"da qala bilər"

04.06.2017 10:11
admin

"Real Madrid" klubunun prezidenti Florentino Peres bildirib ki, komandanın baş məşqçisi Zineddin Zidan ömrünün sonuna qədər kluba rəhbərlik edə bilər.
O,  bu barədə "Cadena Ser" radiostansiyasının efirində deyib.
"Zidan bütün ömrü boyu "Real"da qala bilər. Klubun hər bir pərəstişkarı ona minnətdardır.
Zidan 2001-ci ildə "Real"a gələndə dünyanın ən yaxşı oyunçusu idi. İndi dünyanın ən yaxşı məşqçisidir. O, komandaya 17 aydır rəhbərlik edir. Amma çox şeylər əldə edib" – deyə Peres bildirib.
Öz növbəsində Zidan da final matçından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, qarşıdakı mövsümdə komandaya rəhbərlik edəcək.
Zidan "Real"a 2016-cı ilin yanvarından rəhbərlik edir. O, Çempionlar Liqasının tarixinə turnirdə kommandasını ardıcıl iki dəfə qalib etmiş məşqçi kimi düşüb.
Çempionlar Liqasının final matçında "Real Madrid" İtaliyanın "Yuventus" komandasına 4:1 hesabı ilə qalib gəlib.  

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив