28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,9 AZN
10 RUB = 0,29 AZN

описание


» » “Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var”


“Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var”

02.06.2017 15:23
admin
Rusiya MOK prezidenti: “Lakin 2028-ci il üçün indidən nəsə demək hələ tezdir”

"Azərbaycanın beynəlxalq miqyaslı idman yarışlarına necə ciddi hazırlaşdığının şahidi olmuşam. Ona görə də İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyinə əminəm”.
 
Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Rusiya Milli Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukov bildirib.

“Mən İslam Həmrəylik Oyunlarından əvvəl Azərbaycanda olmuşdum. Ölkənizin yarışlara necə ciddi hazırlaşdığını görmüşdüm. Bakıda İlk Avropa Oyunları əsrarəngiz səviyyədə keçdi. Təşkilatçılıq, yarışlar, idman obyektləri, infrastruktur yüksək səviyyədə idi”, - deyə Rusiya MOK prezidenti söyləyib.

A. Jukov Azərbaycanın 2028-ci ildə Yay Olimpiya Oyunlarına namizədliyinin mümkünlüyünü də şərh edib: “Yay Olimpiya Oyunlarını keçirməyə namizədlərin sayı nə qədər çox olsa, o qədər yaxşıdır. O ki qaldı Azərbaycanın namizədliyi məsələsinə, hesab edirəm ki, Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var. Lakin 2028-ci il üçün indidən nəsə demək hələ tezdir”. 

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив