Qeydiyyat    Daxil ol
1 AZN = 0,53 USD
1 AZN = 0,49 EUR
1 AZN = 31,49 RUB

» » Messi FİFA-nın mükafatlandırmasına getmir


Messi FİFA-nın mükafatlandırmasına getmir

09.01.2017 18:56
admin

“Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, argentinalı oyunçu ilin ən yaxşı futbolçusu adına üç namizəddən biridir. Messi ilə yanaşı digər “Barselona”lılar – mərasimə dəvət alan Jerar Pike, Andres İnyesta və Luis Suares də tədbirə qatılmayacaq.

Klubdan bildirilib ki, onların mərasimə getməməsinin səbəbi yanvarın 11-də ölkə kubokunda "Atletik"ə qarşı keçiriləcək oyuna hazırlıqla əlaqədardır.

Əlavə edək ki, 2016-cı ildən başlayaraq “France football” nəşri ilin futboluçuna “Qızıl top”, FİFA isə öz mükafatını verir.

“France football”un sorğusunda Kriştiano Ronaldo birinci olub.  FİFA-nın versiyasına görə isə qalib adına üç namizəd var: Ronaldo, Messi və Antuan Qrizmann.

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031