Qeydiyyat    Daxil ol
1 AZN = 0,53 USD
1 AZN = 0,49 EUR
1 AZN = 31,49 RUB

» » İdmançımız olimpiya medalı qazandı - 5 ildən sonra


İdmançımız olimpiya medalı qazandı - 5 ildən sonra

09.01.2017 14:36
admin

Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə olunub.

 

Məlumata görə, son illər yalnız əleyhimizə işləyən dopinq qalmaqalları bu dəfə yığmamıza mükafat bəxş edib. 

 

Özü də bu ən qalmaqallı idman növümüz olan ağırlıqqaldırmada rəsmiləşib. 

 

Buna London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairov imza atıb.

 

Yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.

 

Londonda 5-ci olan iranlı Səid Məhəmmədpurkarkara isə çempion elan edilib. Bürünc mükafat isə koreyalı, Londonda 8-ci olan Min Jae Kimə nəsib olub. Bütün bunlara səbəb ilk “dördlük”də qərarlaşanların – İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanması olub.

 

Bununla, London-2012-də qazanılan medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamız ikinci yerlərinin sayını 3-ə çatdırıb. (APA)

Mənbə: faktxeber.com

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031