-2,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » "Bütün nəticələrə görə mən cavabdehəm" -


"Bütün nəticələrə görə mən cavabdehəm" -

02.07.2018 00:07
admin

"Maçtdan öncə oyunçulara dedim ki, bu, dünya çempionatıdı, həvəslə oynayın. Nəticədən asılı olmayaraq meydanı başı dik tərk etməliyik". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Fernando Yerro deyib.

DÇ-2018-in 1/8 final mərhələsində Rusiya ilə qarşılaşan İspaniya millisi əsas vaxtı 1:1 başa çatan oyunda penaltilər seriyasında məğlub olaraq mundialla vidalaşdı.

Oyundan sonra təşkil olunan mətbuat konfransında çıxış edən Yerro fikirlərini bölüşüb: "İlk qolu biz vurduq, sonra Rusiya penaltidən bərabərliyə nail oldu. Rəqibin standart vəziyyətdən yaxşı oynadığını bilirdik. Heç bir oyunçudan narazılığım yoxdu. Bu, futboldu, her şey olur. Penalti lotoreyadı, bizim bəxtimiz gətirmədi. Ruslar müdafiədə yaxşı təşkilatlanmışdılar. Əgər biz tam hücum futbolu oynasaydıq, çox qol buraxardıq".

Gənc mütəxəssis "təklif etsələr, yenə baş məşqçi postunda qala bilərsinizmi?" sualına belə cavab verib: "Bu, məni maraqlandırmır. Çempionatina 3 gün qalmış baş məşqçi təyin ediblər. Əlimdən gələni etdim. Özümü və ya kimsəni günahkar saymıram. Bu qərarı verəndə məsuliyyəti başa düşürdüm. Göstərdiyimiz nəticənin cavabdehliyini özüm daşıyıram. Bu çempionatda yaxşı oynadıq və evə də rahat gedirik. Bütün oyunlara görə cavabdehlik daşıyıram".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31