31,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycanlını alçaldıb videoya çəkdilər - Mer saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO


Azərbaycanlını alçaldıb videoya çəkdilər - Mer saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO

13.06.2018 13:24
admin

12:24

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb. Temur Abazov Gürcüstan hökumətini tənqid edən şəxsi alçaltmaqda şübhəli bilindiyi üçün prokurorluğa çağırılıb.

Belə ki, Tiflisdə etiraz aksiyaları zamanı milyarder Bidzina İvanişvili və Marneuli merinin ünvanına senzurasız ifadələr işlədən azərbaycanlının görüntüləri yayılmışdı. Ardınca internetdə yayılan növbəti videoda həmin azərbaycanlının təhqir edilərək alçaldıldığı əks olunub. Həmin şəxs kamera qarşısında üzr istəyib və kiminsə əmri ilə öz sidiyi ilə əl-üzünü yuyub. 

---------
11:34

Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun  saxlanıldığı barədə xəbər yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.

----------
09:52

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.
 
İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.
 
Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub. 
 
T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.
 
E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib. 
 
Qeyd edək ki, video-görüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930