32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Tramp verdiyi sözü yerinə yetirmədi”


“Tramp verdiyi sözü yerinə yetirmədi”

09.06.2018 18:30
admin

Rossiya" telekanalının "Vesti v subbotu" (Şənbə xəbərləri) verilişinin qonağı olmuş Rusiya prezidenti Vladimir Putin aparıcının daxili və xarici siyasətə aid bir sıra suallarına cavab verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün axşam efirə gedəcək müsahibədə aparıcı Vladimir Putinə Trampla gələcək görüşü barədə sualla müraciət edib. Xatırladaq ki, "The Wall Street Journal" qəzeti ABŞ tərəfinin belə bir görüşə hazırlaşdığını bildirib.

"Bu, lap əvvəldən müzakirə edilirdi. Trampın Amerika prezidenti seçildiyi vaxtdan. Biz də öz növbəmizdə cavab verirdik ki, bu cür şəxsi görüşlər nəinki mümkündür, həm də lazımdır. Biz ABŞ prezidenti ilə müxtəlif tədbirlərdə görüşmüşük. Əlbəttə, belə görüşlərdə ikitərəfli münasibətlərə toxunmaq asan olmur. Ümumilikdə, belə görüşün keçirilməsini faydalı hesab edirəm. Söhbət yalnız ondan gedir ki, Birləşmiş Ştatlarda daxili siyasi vəziyyət belə görüşün keçirilməsinə imkan yaratsın", - Putin deyib.

Mümkün görüşdə əldə olunacaq razılıqların həyata keçirilməsinin nə dərəcədə real olub-olmaması məsələsinə aydınlıq gətirən Rusiya prezidenti deyib: "Trampla ünsiyyət təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xüsusilə son dövrlərdə beynəlxalq miqyasda və iqtisadiyyat sahəsində atdığı addımlar çox tənqid olunsa da, Tramp düşünən insandır, o dinləməyi və həmsöhbətinin irəli sürdüyü arqumentlərə reaksiya verməyi bacarır. Bunlar mənə belə deməyə imkan verir ki, dialoq konstruktiv ola bilər".

"Almaniya və Fransa dövlət başçıları ilə çox mehriban görüşlərdən təxminən iki həftə sonra Tramp Avropa ölkələrinə qarşı çox kəskin iqtisadi addımlar atdı. Amerikalıların buna bənzər "isti" münasibətindən sonra Trampın sizə qarşı hər hansı şərt irəli sürəcəyindən qorxmursunuz ki? Yoxsa belə variant sizinlə keçməz?" sualına Putin cavab verib: "İş burasındadır ki, belə variantlar heç kimlə keçmir. Dövlət başçıları arasında münasibətlər sivil olmalıdır. Lakin bu o demək deyil ki. hər hansı dövlət başçısı öz ölkəsinin maraqlarına cavab verən qərarları qəbul etməməlidir. ABŞ-da verilən qərarlara müxtəlif cür münasibət bəsləmək olar, tənqid etmək olar. Doğrudan da, orada bir çox şeylər tənqid edilməlidir. Lakin dediyim şərtlər var. Tramp seçki kampaniyası dövründə verdiyi vədləri yerinə yetirir".

"Bircə istisna ilə: Rusiya-Amerika münasibətlərini yaxşılaşdırmağa da söz vermişdi", - aparıcının bu replikasına Putin belə reaksiya verib: "Bəli, bircə vəd - Rusiya ilə münasibəıtlərin yaxşılaşdırılması. Ümidvaram ki, bu da olacaq. Hər halda, biz buna hazırıq. Hesab edirəm ki. top meydançanın Amerikaya aid tərəfindədir".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930