21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » ABŞ hərbi cinayətlərdə ittiham olundu


ABŞ hərbi cinayətlərdə ittiham olundu

05.06.2018 22:13
admin

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriyanın Rəqqa şəhərinə endirdiyi aviazərbələrlə beynəlxalq humanitar normaları kobud şəkildə pozub və bu böyük ehtimalla hərbi cinayətlərə yol açıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "Amnesty International" insan haqları təşkilatının  hesabatında qeyd olunur.

Sənədə görə, alyansın hava zərbələri nəticəsində həmin vaxt İŞİD-in əsarətində olan Rəqqa şəhərində minlərlə dinc sakin həlak olub və yaralanıb.

Təşkilat eyni zamanda hava zərbələrinin seçilmiş hədəflər üzrə deyil, kortəbii şəkildə həyata keçirildiyini və nəticədə şəhərdə böyük dağıntıların törədildiyini iddia edir.

Təşkilatın əməkdaşları hesabatın hazırlanmasında yerli sakinlərdən, o cümlədən 90 qohumunu və ya qonşusunu itirmiş dörd ailədən alınan müsahibələrdən istifadə edib.

Qeyd edək ki, koalisiyanın rəsmi məlumatına görə, 2014-2018-ci illər ərzində beynəlxalq koalisiyanın İraq və Suriyaya endirdiyi hava zərbələrində 892 dinc sakin təsadüfi qurban olub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *