18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Ayətullah Xamenei: "Düşmənin hücumuna on qat cavab verəcəyik"


Ayətullah Xamenei: "Düşmənin hücumuna on qat cavab verəcəyik"

04.06.2018 22:18
admin

Düşmənin hücumuna on qat cavab verəcəyik.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın ali dini lideri Ayətullah Xamenei bu gün İslam İnqilabının banisi  İmam Xomeyninin vəfatının 29-cu ildönümü münasibətilə Tehrandakı çıxışında deyib.

O,  İranın nüvə texnologiyası sahəsində əldə etdiyi nailiyyəti qürurverici, müxtəlif növ raket istehsalını və raket gücünü  ölkənin təhlükəsizliyinin təminatı adlandırıb: "Biz regionda raket sistemləri sahəsində ən güclü ölkəyə çevrilmişik.  Düşmən bilir ki, bir raket atarsa, 10 raketlə cavab verəcəyik".

Ayətullah Xameneinin sözlərinə görə, bəzi Avropa ölkələri  İranın sanksiyalara dözməsini, nüvə fəaliyyətindən əl çəkməsini və məhdudiyyətlərin davam etdirilməsini istəyirlər: "Mən bu dövlətlərə deyirəm, sizin xəyallarınız gerçəkləşməyəcək".

Ayətullah Xamenei qeyd edib ki,  İran xalqı və dövləti nə sanksiyanın olmasını,  nə də "nüvə texnologiyasının həbsini" qəbul edəcək: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik borcludur  ki, tez bir zamanda  Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində  sentrifuqaların sayının 190 min SWU-a (izotop ayırma qabiliyyəti) çatdırılması üçün işlərə başlasın".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *