13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » İsrail Ərdoğanın acığına “erməni soyqırımı”nı tanımağa hazırlaşır - FOTO


İsrail Ərdoğanın acığına “erməni soyqırımı”nı tanımağa hazırlaşır - FOTO

17.05.2018 14:23
admin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə Qəzza sektoru arasında son günlər baş verən hadisələrə görə İsrail əleyhinə sərt ritorikasına cavab olaraq Knessetin deputatları "erməni soyqırımı"nı tanımaq barədə qətnamə layihəsini müzakirəyə çıxarıblar.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org-a Knessetdəki mənbələr deyiblər.

Qətnamə layihəsinin təşəbbüskarı sionist düşərgədən deputat İtsik Şmulidir.Onun təşəbbüsünə artıq 50 deputat dəstək verib. Hökumətin bir sıra nüfuzlu üzvləri, o cümlədən nəqliyyat və kəşfiyyat naziri İsrael Kats da "soyqırım"ın tanınmasının lehinə çıxış ediblər.

İtsik Şmuli

Amma İsrail siyasi istebleşmentində narahatlıq var ki, bu təşəbbüs Azərbaycanla strateji tərəfdaşlığa zərbə vura bilər. Bu məsələ ilə bağlı Şmuli belə deyib: "Azərbaycanda başa düşməlidirlər ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur. Axı Bakı Ərdoğanın İsrailə qarşı başlatdığı siyasi müharibənin miqyasını başa düşür və görür. Onlar bizə başqa seçim qoymayıblar".

İosif Şaqal

İsrail parlamentinin keçmiş deputatı, keçmiş səfir və ictimai-siyasi xadim İosif Şaqal isə "erməni soyqırımı"nın tanınması prosedurana qarşı çıxıb. O, İsrail KİV-lərinə müsahibəsində deyib ki, "soyqırım"ın tanınması Azərbaycanla ikitərəfli münasibətlərə şəksiz zərbə vuracaq. "İ.Şmuli siyasi diletantdır, Azərbaycan üçün olduqca həssas olan bu məsələnin incəliyini başa düşmür. Axı soyqırımın tanınması ilk növbədə Ərdoğanın əlinə oynamaqdır. Ərdoğanın erməni xalqına hər il ünvanlandığı müraciəti diqqətlə oxuyanda bu cür mülahizələrin yanlış olduğunu başa düşəcək. Ərdoğan İsraillə "soyuq müharibə" kursu götürüb. Və soyqırımın tanınması Türkiyə prezidenti üçün "sionist rejimin düşmənçilik səyləri"nə Azərbaycan və Türkiyə cəmiyyətini inandırmaq üçün daha bir yaxşı arqument olacaq", - Şaqal deyib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031