20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Aldığı itin ayı olduğunu yalnız iki ildən sonra anladı


Aldığı itin ayı olduğunu yalnız iki ildən sonra anladı

15.05.2018 22:14
admin

Çində ailəsi üçün küçük aldığını düşünən qadın, iki il sonra anlayıb ki, aldığı əslində it yox, ayıdır.

Independent qəzetinin yazdığına görə, Su Yun adlı qadın 2 il öncə küçük alandan sonra onun nə qədər çox yemək yediyini görəndə təəccüblənmişdi.

Yunnan bölgəsində Kunming şəhəri yaxınlığındakı bir kənddə fermerliklə məşğul olan Yun deyib: "Hər gün böyük bir qutu meyvə və vedrələr dolu əriştə yeyirdi".

İki il sonra isə küçük böyüyərək 113 kiloqram ağırlığında bir ayıya dönüb.

"Ayılardan qorxuram"

Ailə itin sürətlə böyüməsi və iki ayaqlarına qalxmasından sonra şübhələnməyə başlayıb.

"Böyüdükcə ayıya bənzəməyə başladı. Mən ayılardan qorxuram", - Yun deyib.

Ailə rəsmilərdən yardım istəyəndən sonra ayı Yunnan Vəhşi Heyvanlar üçün Bərpa Mərkəzinə verilib.

Rəsmilərin çəkdiyi videoda ayının boyunun 1 metrə çatdığı görünür.

Ailənin evində yaşayan ayıdan çəkinən əməkdaşlar heyvanı aparmaqdan əvvəl onu yuxuladıblar.

Ailədə böyüdülmüş ayının nəsli tükənməkdə olan Asiya Qonur Ayı nəslinə aid olduğu və qara bazarda minlərcə dollara satıldığı da açıqlanıb.

Tibet mastifiTibet mastifi cinsli itin zahiri görünüşü ayıya bənzəyir.

Ailə heyvanı Tibet mastifi cinsli it olduğunu zənn etdiyinə görə 2016-cı ildə aldığını bildirib.

Yerli medianın yazdığına görə, bu ayın mart ayında yenə də Yunnan bölgəsində bir kişi meşədə tapdığı ayı balasını it balası hesab edərək onu evinə aparıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031