22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Qəzada ölən azərbaycanlı QAT sədrinin müavininin qohumu imiş - YENİLƏNİB - FOTO


Qəzada ölən azərbaycanlı QAT sədrinin müavininin qohumu imiş - YENİLƏNİB - FOTO

12.02.2018 23:07
admin

23:07

Fevralın 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun kriminal aləmlə əlaqəli olması barədə mediada yayılan xəbərlər təkzib edilir.

Milli.Az xəbər verir ki, bu barədə musavat.com-a mərhumun yaxın qohumu məlumat verib.

Qarabağ Azadlıq Təşkilatının sədrinin müavini, keçmiş döyüşçü İlqar Əli bildirib ki, faciəli şəkildə həlak olan N.Qəhrəmanov onun əmisinin nəvəsidir:

"Mətbuatda yayılıb ki, o, kriminal aləmin üzvüdür. Lakin əminliklə deyirəm ki, Namiqin kriminal alımlə heç bir əlaqəsi olmayıb. Ümumiyyətlə, bu sahəyə yaxın olmayan adam idi. Özü də Namiq Qarabağ döyüşçüsüdür. 4 il - 1992-96-cı illərdə orduda olub, Qarabağ uğrunda can qoyub. Tərtər, Ağdam, Füzuli istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Özü də artilleriya bölüyündə xidmət edirdi".

İlqar Əlinin sözlərinə görə, N.Qəhrəmanov 10 ildən çox imiş ki, Rusiyada yaşayırmış: "Düzdür, bir neçə il əvvəl Rusiyadakı azərbaycanlıların kütləvi deportasiyası zamanı o da bura qayıtmışdı. Ancaq 2 ildən çox idi ki, orada uşaq geyimlərinin biznesi ilə məşğul olurdu, Orsk şəhərində özünün fabriki var idi. Elə qəza günü də ora uçurmuş ki, işçilərin maaşını verib, qayıtsın".

N.Qəhrəmanovun ailəsi Yevlaxda yaşayırmış. Yevlax şəhəri Qasım bəy Zakir 19 ünvanında yaşayan ailə hazırda Namiqin nəşinin gətiriləcəyini gözləyir.

İ.Əli qeyd edib ki, N.Qəhrəmanovgil ailədə 6 qardaş, 1 bacı olublar. Mərhum qardaşların kiçiyi imiş. Atası 10 il əvvəl rəhmətə gedib.

Mərhumun özündən sonra 2 oğlu, 1 qızı qalıb. Qızının 10 yaşı var, oğlanları isə 6 və 7 yaşlarındadır: "Namiq dayısı qızı ilə ailə qurmuşdu. Həyat yoldaşı atasını da cavan itirmişdi. İndi də gözüyaşlı qaldı".

Sədr müavini əlavə edib ki, N.Qəhrəmanov ara-sıra vətənə gəlib, ailəsinə baş çəkib, geri qayıdırmış: "Axırıncı dəfə 2 ay bundan əvvəl Bakıda görüşdük. Rusiya səfirliyinə hansısa sənədə görə getmişdi, oturub çay içib, söhbət etdik. Rəhmətlik çox bacarıqlı oğlan idi".

--------

12:03

Moskvada təyyarə qəzasında ölən Namiq Qəhrəmanov kriminal aləmin üzvü olub.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu krminal aləmdə "Haqqı" ləqəbi ilə tanınan kriminal avtoritet olub.

O, uzun illərdir Rusiyada yaşayıb və tekstil fabrikinin sahibi olub. Qardaşı da krminal aləmin üzvüdür və "İsim" ləqəbi ilə tanınır. N.Qəhramanovun qardaşı sonuncu dəfə Yevlaxda qanunsuz silah saxladığı üçün hazırda həbsdədir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031