29,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » Rusiyadakı aviaqəzanın qurbanları: ən balacası


Rusiyadakı aviaqəzanın qurbanları: ən balacası

12.02.2018 10:00
admin

Rusiyanın paytaxtı Moskvadan Orenburq vilayətindəki Orsk şəhərinə 6W 703 reysi ilə uçan An-148-100B təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər həlak olub.

Milli.Az TASS-a istinadən bildirir ki, "Saratov Airlines" aviaşirkətinə məxsus təyyarə Moskva vilayətinin Ramenskoe rayonunda yerə düşüb.

65 sərnişin və 6 heyət üzvü həlak olublar.

Təyyarə Domodedovo hava limanında səmaya qalxandan az sonra radarlardan itib.

An-148 Ramenskoe rayonundakı Zavorovo və Stepanovskoe qəsəbələrinin arasındakı çöllüyə düşüb.

İlkin məlumatlara görə, təyyarə havada olarkən alışıb.

An-148 təyyarəsi yeni sayılırdı: o, ilk uçuşunu 8 il əvvəl reallaşdırıb.

RA-61704 nöMrəli An-148-100B təyyarəsinin qəzaya uğramasının səbəbləri arasında terror aktı da istisna edilmirdi. Lakin bu gün bəlli olub ki, qəzaya texniki nasazlığın səbəb olması ehtimalı daha çoxdur.

Belə ki, qəzaya uğramş təyyarənin korpusunun örtüyü donvurmaya qarşı məhlulla örtülməmişdi. Təyyarənin kapitanın bu prosedurdan imtina etdiyi deyilir. Halbuki hava limanlarının texniki xidmətləri bu işi məcburi qaydada görürlər ki, təyyarə səmada olarkən onun korpusunda buz qatı yaranmasın. Havanın temperaturu 0 dərəcədən aşağı olanda prosedur mütləq sayılır.

Üstəlik, təyyarənin istismarında texniki təhlükəsizlik qaydalarının sürəkli pozulması faktları da vardı.

Ümumiyyətlə, "Saratov Airlines" ("Saratovskie Avialinii") aviaşirkətindən şikayətlənən sərnişinlər həddən ziyadədir.

Nataliya Barankovanın dediyinə görə, bir dəfə "Saratov Airlines" aviaşirkətinin Yak-42 təyyarəsi ilə uçub: "Halbuki uçuş "Embraer"də olmalıydı. Yak-42 pis gündə idi. Bəzi kreslolar şaquli durmurdular, təhlükəsizlik kəməri bağlanmırdı. İki saatlıq uçuşda fasiləsiz Tanrıya dua edirdim. Səmada təyyarə çalxalanırdı"

Rusiya prezidenti Vladimir Putin qəzanın araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına göstəriş verib.  Komissiyaya nəqliyyat naziri Maksim Sokolov başçılıq edir.

Qəzada həlak olmuş sərnişinlər arasında yaşca ən kiçiyi 5 yaşlı Nadejda Krasovadır. O, 32 yaşlı anası Oksana Krasova ilə "Domodedovo" hava limanında son fotolarını çəkdirmişdi.

Təyyarənin ikinci pilotu 34 yaşlı Sergey Qambaryan idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada təyyarə QƏZASI: 71 nəfər həlak oldu

Страшная авиакатастрофа в Подмосковье, десятки погибших

Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *