3,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Şəhidin vəsiyyəti Türkiyəni kövrəltdi: Anam üçün...


Şəhidin vəsiyyəti Türkiyəni kövrəltdi: Anam üçün...

11.02.2018 18:17
admin

Afrində fevral ayının 7-də şəhid olan türk çavuş Ömər Bilal Ağpınarın vəsiyyəti ortaya çıxıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Milliyət" yazıb.

Məlumata görə, şəhid ailəsindən halallıq istədiyi məktubu yanvar ayının 10-da, onunla birlikdə Afrində yaralanmış komandirinə təqdim edib.

"Qardaşım, səndən xahiş edirəm, mənə bir şey olana qədər məktubum səndə gizli qalsın. Bu döyüş xaçla hilalın, imanla inkarın, haqla batilin, küfr və tövhidin savaşıdır. Ona görə də anama, atama, qardaşıma və Nura deyin ki, üzülməsinlər, həyatlarının yerdə qalan hissəsini rahat keçirsinlər. Anama o istədiyi evi alsınlar. Dua etsin arada-bir, üzülməklə həyatını bitirməsin. Atam da, Bəyzadə də haqlarını halal etsinlər. Nura söyləyin ki, mən ondan doya bilmədim, ancaq getsəm, haqqını halal eləsin. Üzülməsin, o biri tərəfdə, inşallah, bir-birimizə qovuşacağıq. Birlikdə gəzməyi planlaşdırdığımız yerləri gəzsin, mənim yasımı tutmasın. Ailəmə yaxşı baxsın. Məni Safranboluya dəfn edin, qardaşım. Atamgilə deyin, dövlətin verəcəyi aylığın 10 faizini yenə Zəhra xalagilə versinlər", - şəhid məktubunda yazıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728