11,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Tramp son dəfə İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi uzadıb


Tramp son dəfə İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi uzadıb

12.01.2018 23:27
admin

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi sonuncu dəfə uzadıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ administrasiyasının nümayəndəsi bəyan edib.

O qeyd edib ki, bundan sonra rəsmi Vaşinqton tərəfdaşları ilə birgə İranın nüvə proqramına dair sazişə dəyişikliklər üzərində işləyəcək.

"Danışıqların uğurla başa çatdığı təqdirdə, ABŞ sazişin iştirakçısı qismində qalacaq", deyə ABŞ rəsmisi vurğulayıb. Bununla belə, danışıqlarda İran rəsmilərinin iştirakı nəzərdə tutulmur.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031