13,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » "İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib"


"İrana qarşı sanksiyaların ləğvi beynəlxalq ticarətə müsbət təsir edib"

11.01.2018 17:34
admin

İranın nüvə proqramı üzrə Birgə hərtərəfli Fəaliyyət Planının icrası çərçivəsində rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması beynəlxalq ticarətə və Avropa İttifaqının (Aİ) İranla iqtisadi münasibətlərinə müsbət təsir göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İranın xarici işlər naziri ilə danışıqların yekununu şərh edərkən deyib.

Xanım F.Mogerini qeyd edib ki, Aİ sanksiyaların ləğvi prosesinin tamamilə başa çatdırılmasına təkid edir.

O əlavə edib ki, İranla nüvə razılaşması işləyir və Avropa İttifaqı onun bütün iştirakçıları tərəfindən icrasına nail olmağa çalışacaq:

"Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının dinc xarakterli olduğunu təsdiq edib. Bu saziş İranın nüvə proqramı üzərində nəzarəti təmin etməyə imkan verir".

Bununla belə, F.Mogerini İranın raket proqramından narahatlığını gizlətməyib: "Biz Tehranın raket proqramı və onun regionda fəaliyyəti ilə bağlı narahatlığımızı ifadə edirik. Lakin qeyd edirik ki, bu məsələlər nüvə sazişinin icrasından ayrılmalıdır".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031