10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Ayaqqabı sektorunda alış-veriş vərdişləri


Ayaqqabı sektorunda alış-veriş vərdişləri

07.01.2018 19:50
admin

Qonşu ölkə Türkiyədə ayaqqabı istehlakçıları ilə əlaqədar maraqlı araşdırma aparılıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, araşdırma Türkiyənin onlayn alış-veriş mağazası olan "İnce Deri"nin hesabatlarına əsasən hazırlanıb.

Mağazanın 2017-ci il üzrə satış hesabatlarına əsasən qadınlarda ən çox satılan ayaqqabı ölçüsü 38-dir, kişilərdə isə bu 42. Ayaqqabı alış-verişinin 63%-ni qadınlar edir. 100 qadından 13-ü hündürdaban ayaqqabı almağa üstünlük verir. Həmçinin həmin qadınlar hündürdaban ayaqqabılardan savayı bir cüt yastı daban ayaqqabı da almağı unutmurlar.

Beləliklə, hesabata görə;

- Qadınların 4%-i sifariş zamanı kişi əşyaları da edib. Kişilərin 7%-i eyni sifarişdə qadın məhsulunu da alıb.

- Ən çox alış-veriş edən qadın bir ildə 25 cüt ayaqqabı alır, kişilərdə isə bu rəqəm 22 cütdür.

- Qadın ayaqqabılarından ən çox satan ölçü 27,5% ilə 38 olub. Onun 26,6%-i isə 37 ölçüsü olub.

- Ən çox satan kişi ölçülərində 42 ölçüsü 27,5%-ilə birinci olub. İkinci yeri isə 21,5% ilə 41 ölçü izləyib.

- Qadınları 57%-i hündürlüyü 8-10 sm olan ayaqqabıları, 35%-i isə hündürlüyü 10 sm üzərində olan ayaqablara üstünlük verir.

- Kişilər klassik ayaqqabı alış verişi zamanı bir cüt idman ayaqqabısı da alır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *