8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » İranı kim və niyə qarışdırmaq istəyir? - VİDEO


İranı kim və niyə qarışdırmaq istəyir? - VİDEO

05.01.2018 22:06
admin

İranda qiymətlərin artımı və iqtisadi tələblərlə başlayan etirazlar qısa müddətdə alovlandı və bir neçə şəhəri əhatə edən böyük bir etiraz dalğasına çevrildi. əslində sosial zəmində başlayan aksiyalar səsləndirilən ilkin tələblər kifayət qədər anlaşılan idi. Milli.Az bildirir ki, ölkədə bu sahədə problemlərin olduğunu elə iran rəhbərliyi özü də etiraf edir.

Ancaq gedişat göstərdi ki, qərb dairələri pusquda dayanıb, regionda xüsusi ilə də iranda baş verəcək ən xırda qığılıcımı belə alovlandırmaq üçün fürsət gözləyir. Bu zaman ölkəni, o cümlədən də regionu qarışdarmaq üçün ənənəvi taktikaya əl atıldı. İranın əhalisinin təxminən 40 faizinin etnik azərbaycanlı olduğunu nəzərə alan ABŞ və qərb hadisələrə məhz etnik qarşıdurma xarakteri vermək istədi. Bunun üçün isə buradakı azərbaycanlıların üzləşdiyi problemləri hakimiyətin etnik ayrıseçkilik siyasəti kimi qabartmağa çalışdılar. Şübhəsiz ki, gərginliyi etnik müstəviyə keçirməkdə əsas məqsəd o idi ki, qonşu dövlətlər Azərbaycan və Türkiyə də hadislərə müdaxilə etsin.

Amma bu dəfə alınmadı. Çünki Azərbaycan və Türkiyə bu oyuna gəlmədi. Əksinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həsən Ruhani ilə telefonla danışaraq problemin İran höküməti tərəfindən həllinə ümidvar olduğunu ifadə etdi. Rəsmi Bakı isə açıq şəkildə bəyan etdi ki, problemin İranın qanunları çərçivəsində həllinin tərəfdarıdır və heç bir halda region ölkələrində sabitliyin pozulmasına gətirib çıxaracaq cəhdlərə yol vermək olmaz.

Yəni həm rəsmi Bakı, həm də rəsmi Ankara sabitliyin bərpası eyni zamanda akisyaların başlanmasına rəvac verən problemlərin həlli üçün addımların atılmasına dəsətək ifadə etdilər.

Xüsusi vurğulanmalı digər bir məsələ isə irandakı etnik azərbaycanlıların sərgilədiyi mövqe idi. Bütün təxribat və manipuliyasiyalara baxmyaraq onlar xarici dairələrin əlində vasitəyə çevrilmədilər. İrandakı etiraz aksiyalarının coğrafiyası da bunu təsdiq edir. Aksiyalar əsasən Tehran, Məşəd, İsfahan və Rəşt şəhərlərində oldu ki, oranın əhalisinin əksəriyyətini də məhz fars mənşəli vətəndaşlar təşkil edir. Halbuki azərbaycanlıların yaşadığı əyalətlərdəki problemlər farsların yaşadığı yerlərdən heç də az deyil. Bu faktın özü də İran hakimiyyətinə yenidən düşünmək üçün bir əsas verir.

Hər halda bir həftəlik bu aksiya islam inqilabı keşikçiləri korpusunun komandiri Məhmməd Əli Cəfərinin də elan etdiyi kimi sona çatdı. Amma İran hakimiyyətinin bundan çıxracağı kifayət qədər dərs var. Minilliklərə söykənən dövlətçilik ənənələrinə malik olan İran yəqin ki, bundan sonra dostunu və düşmənini müəyyənləşdirməkdə daha dəqiq davaranacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İranı kim və niyə qarışdırmaq istəyir?

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031