9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Türkiyədə nazir polisə: Narkotik satanı harda görsən,


Türkiyədə nazir polisə: Narkotik satanı harda görsən,

04.01.2018 22:03
admin

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu polislərə deyib ki, məktəblərə yaxın yerlərdə tapdıqları narkotik satıcılarının ayaqlarını qıra bilərlər. O belə bir çağırışa görə tənqid olunub.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Türkiyə İnsan Haqları Assosiasiyası (İHD) və sekulyar müxalifət qəzeti Cumhuriyet cənab Soylunu, cinayət törədilməsinə təhrik etməkdə təqsirləndiriblər.

Süleyman Soylu dediklərinə məsuliyyət daşıyacağına vəd edib:

"Məktəb ətrafında bir narkotik satıcısını gördüyümüzdə, məni nə qədər qınayırlarsa qınasınlar, nə qədər tənqid edirlərsə etsinlər, o narkotik satıcısının ayağını qırmaq polisin vəzifəsidir. Günahını mənim üstümə qoyun. Bunun cəzası nədirsə, 5 il içəridə yatmaqdırsa, 10 il içəridə yatmaqdırsa yataram, 20 il içəridə yatmaqdırsa yataram."

Süleyman Soylu bunları Ankarada keçirilən bir təhlükəsizlik tədbirində çıxış edərkən deyib.

O həmçinin qeyd edib ki, 2017-ci ildə Türkiyə təhükəsizlik qüvvələri 20 ton heroini ələ keçirərək rekord qırıb.

Cənab Soylu əlavə edib ki, Türkiyə narkotuk satıcıları ilə mübarizəsini Kürdüstan Fəhlə Partiyası (PKK) ilə mübarizəsi kimi aparmalıdır.

"PKK terrorçularına nə ediriksə, narkotuk satıcılarına də eyni şəkildə davranmağa məcburuq. Heç kəs bizim gələcəyimizi zəhərləyə bilməz. Narkotik satıcısını görən təhlükəsizlik işçisi nə edirsə etsin, məsuliyyəti mən daşıyacağam."

Cəsarətli sözlər yoxsa cinayətə təhrik?
Cənab Soylunun sözləri Türkiyədə bir çox insan üçün heyrətləndirici oldu. Sosial şəbəkələrdə buna reaksiyalar qızışıb.

Bəziləri ona təşəkkür edərək onun narkotik ticarətinə mübarizə fonunda cəsarətli olduğunu deyirlər. Lakin digər tərəfdən onu sərt tənqid edənlər də olub.

Türkiyənin solçu qəzetlərindən biri, Evrensel, xəbərə "Edam qərarı" başlığını seçib. Müxalifətçi Cumhuriyet Halk partiyasını (CHP) bir millət vəkili artıq cənab Soylunu rəsmən "cinayətə təhrik" ittihamı ilə məhkəməyə verib.

Lakin prezident Recep Tayyip Erdoğanın sözçüsü cənab Soylunun sözlərinin onun narkotik ticarətinə qarşı mübarizədə əzmini göstərdiyini deyib.

Avropa İttifaqının (Aİ) Avropa Narkotik və Narkoktiklərə Asılılığın Monitoringi Mərkəzinin 2017-ci ildə dərc etdiyi hesabatında qeyd olunur ki, Türkiyə Əfqanıstandan Avropaya gətirilən narkotiklərin marşrutunda əsas keçid ölkələrindən biridir.

Hesabatda deyilir ki, 2015-ci ildən əldə edilən məlumatlar bazasına əsasən Niderland və Belçikadan gələn metamfetaminlərin istifadəsi Türkiyədə artır.

Narkotiklərə aid ittihamlarla həbs edilən məhbuslar Türkiyənin məhbus əhalisinin təxminən 20 faizini təşkil edir, hesabat deyir. Türkiyədə narkotik ittihamlarına ağır cəzalar nəzərdə tutulur.

Məlumatlara əsasən, Türkiyədə narkotik istifadəsi göstəriciləri Avropanın inkişaf etmiş ölkələrindən qat-qat aşağıdır.

Hökumətin hesabatına əsasən, 15-16 yaşları arasındaki gənclərin 1.5 faizi ən azı bir dəfə narkotik qəbul edib.

Türkiyə polisinin narkotik maddələr bürosu bildirir ki, 2016-cı ildə narkotiklərlə bağlı 80 mindən çox hadisə baş verib və 15 minə yaxın insan saxlanılıb.

Son bir neçə il ərzində isə Türkiyə təhlükəsizlik qüvvələri ölkənin separatçı kürd qruplarının dəstəyi olduğu cənub-şərqində bir çox marixuana əkinini məhv edib.

Türkiyə hökuməti onilliklərdir ki, ölkənin cənub-şərqində yerləşən kürd separatçıları ilə mübarizə aparır. Hakimiyyət PKK-nı narkotik ticarətilə məşğul olmaqda təqsirləndirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *