9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Dash-ın bacarıqları artır


Dash-ın bacarıqları artır

02.01.2018 22:15
admin

Sakit bir tərzdə irəliləyən Dash son vaxtlar böyük uğurlar qazanıb. Noyabrın 12-də 310 dollardan başlayan yüksəlişini 800 dollara qədər artırmışdı. İndi isə 680 dollar dəyərindədir.
2017-ci il kriptovalyutalar üçün düşərli oldu. Dash-ın qazandığı nailiyyətlər də valyuta bazarına öz töhfəsini verdi. Təbii ki, bu Dashı-ın qazandığı yeganə uğur deyil, məqaləmizdə bu haqda ətraflı məlumat verəcəyik.

Daha çox inteqrasiya

Milli.Az kripto.az-a istinadən bildirir ki, dash və kriptovalyuta investisiya platforması "Uphold"-un birgə açıqlamasına görə, Dash "Uphold"-un satış platformasına birləşdiriləcək. Bu tərəfdaşlığın nəticəsi olaraq, istifadəçilər internet və ya mobil tətbiq vasitəsilə kriptovalyutanın pul köçürmə, alış və satış funksiyalarını reallaşdıracaq. Eyni zamanda, bu inteqrasiya nəticəsində, dünya əhalisinin 94% -i Dash-dan istifadə imkanı əldə edəcək.

İnteqrasiya artıq başa çatıb. "Uphold" həmçinin Dash-ın InstantSend özəlliyini də istifadəyə verəcək. InstantSend istifadəçiləri Dash köçürmələrini bir neçə saniyə ərzində həyata keçirə biləcək. Bu, Bitcoin-in bəzən 30 dəqiqə, bəzən isə 12 saat davam edə bilən transfer müddətindən daha sürətlidir. Dash-ın CEO-su Rayan Teylor əməkdaşlığı belə ifadə edib:

""Uphold" Dash ekosisteminə inanılmaz sürətli və asan bir ödəniş üsulu təqdim edir. Həmçinin, ənənəvi istehlakçılar da bu şəkildə Dash sahibi ola bilərlər. Dash hazırda dünyanın ən böyük kriptovalyuta birjalarında fəallıq nümayiş etdirir, ancaq belə birjalar standart istifadəçilər üçün qorxulu görünə bilər. "Uphold" isə alış-satış işlərini daha asan formaya gətirmək üçün yeni xidmət təklif edir".
"Uphold"-un Qlobal Korporativ İnkişaf İdarəsinin prezidenti Kolin Lyus belə açıqlama verib:

"Platformamıza Dash-ı əlavə etməyi çox istəyirdik. Dash-ın özəllikləri uzun müddət davam edəcək uğurun açarıdır. Xüsusilə, 100 koinin sadəcə spekulyasiyaya əsaslandığını nəzərə alsaq, bunu söyləyə bilərik".
Dash-ın digər tətbiqləri

Dash bu il bir çox inteqrasiya və tərəfdaşlıq açıqlaması vermişdi. Bütün bunlar kriptovalyutaların real dünya tətbiqlərini artırmağa hesablanıb. Bunlardan bəziləri aşağıdakı kimi verilə bilər:

Alt36

Bu şirkətin məqsədi Dash-ı mağazalarında ödəniş metodu kimi təqdim etməkdir. Alt36-nın hədəf bazarı hüquqi marijuana sənayesidir. Bu bazarın əhəmiyyətli bir hissəsi tənzimləmə səbəbindən bankçılıq fəaliyyətindən yararlana bilmir. Dash-ın InstantSend texnologiyası sayəsində müştərilər bir neçə saniyə ərzində alış-veriş edə biləcəklər.

Birjalara inteqrasiya

Dash bu il "Bitfinex", "Bithumb", "Huobi Pro", "Binance", "Kraken" və digər birjalarda satışa çıxarılmışdı. Xüsusən "Kraken"-də həyata keçirilən inteqrasiya prosesi başqalarından daha maraqlı idi. Dash "Kraken"-ə 50 min dollar ödəyərək təhlükəsizlik yoxlamasından keçmişdi.

"BlockCypher"

Fevral ayında Dash-ın büdcə sisteminə "BlockCypher" tərəfindən qoyulan sərmayə ilə Dash-dan cüzdanlar üçün bir tətbiq inkişaf interfeysi (API) hazırlanması istənmişdi. Tələb edilən API qısa müddət sonra hazırlanmışdı. "BlockCypher" eyni zamanda, Dash-la birlikdə bir çox konfrasda iştirak edərək blockchain sənayesində bir sıra təşəbbüsləri dəstəkləmişdi.

Arizona Dövlət Universiteti

Ötən yay Dash və Arizona Dövlət Universiteti kampusda qurulacaq Blockchain Araşdırma Laboratoriyasının təqdimatını etmişdi. Laboratoriya 50000 dollarlıq büdcə ilə qurulmuşdu. Bu xəbəri dərc edən "Fortune" jurnalı laboratoriyanın Blockchain-i real dünyaya uyğunlaşdırma, şəbəkə arxitekturası, birgə mədənçilik və gecikmə problemləri kimi mövzular üzərində çalışacağını bildirmişdi.

Ödəniş kartları

Dash artıq bir çox kriptovalyuta ödəniş kartlarında istifadəyə verilib. Bu, istifadəçilərin Visa kartlar qəbul edən bütün müəssisələrdə Dash vasitəsilə alış-veriş edəcəyinə işarədir.

Sentyabr ayında Londonda təşkil olunan "2017 Dash Konfransı"nda CEO Rayan Teylor gələcəkdə də bir sıra inteqrasiyaların olacağını açıqlamışdı. Onlardan bəziləri belədir:

Pulsuz bank köçürmələri ilə qlobal əməliyyatlar

Daha çox birjada istifadəyə verilən əməliyyatlar

20 müxtəlif rəsmi valyuta ilə işləmək

Bir ATM istehsalçısının gətirəcəyi Dash dəstəyi

Böyük mağaza və dükanlara inteqrasiya

Müxtəlif sağlamlıq xidmətlərinin inteqrasiyası

Bloklar hazırda 2 MB-dir

Əgər Dash-ın məşhurluğu artdıqca blockchain şəbəkəsindəki stabillik artmazsa, layihə heç vaxt uğur qazanmayacaq. Bitcoin və Ethereum bu problem üçün blockchain-dən müstəqil həllər axtarır.

Ötən ay Dash şəbəkəsinin əsas proqramının 12.2 versiyası hazırlanmışdı. Bu yenilənmə uğurla tamamlandı. Sistem əvvəlkinə nisbətən 2 dəfə sürətli transer əməliyyatları aparır. Dash komandası gələcəkdə blok ölçüsünü yenidən böyüdərək 5MB etmək fikrindədir.

Blok ölçüsünün artırılması bununla bitmir

Ötən il Dash-ın qurucusu Evan Daffild developerlərin böyük miqyasda bloklar yaradacağını söyləmişdi. Deyilənə görə, Dash-ın bir blok ölçüsü gələcəkdə 45MB-a qədər artırılacaq, bu da 50 milyon istifadəçiyə xidməti təmin edəcək. Ancaq planda kiçik bir problem mövcuddur. Masternode cihazlarının sahibləri belə bir yüksək blok ölçüsü üçün hazır olmaq məcburiyyətindədir.

Müvəffəqiyyət üçün etibarlı büdcə əsas şərtdir

Kriptovalyutaların inkişaf etməsində ən böyük faktorlardan biri Dash-ın büdcə sistemidir. Hər ay blok mükafatlarının 10%-i büdcə təklifləri üçün saxlanılır. Cari bazar dəyərlərinə görə, Dash-ın büdcə sistemi layihələrə hər ay 5 milyon dollar ayırmaq imkanına malikdir.

İnteqrasiyalar gündən-günə artır

Bziləri Dash-ın Bitcoin və Ethereum kimi köklü kriptovalyutalara qarşı heç bir şansının olmadığını düşünür. Amma Maks Keyzer kimi analitiklər kriptovalyutaların eyni bazarda fərqli şeylər edə biləcəyinə inanırlar.

"Dash kriptovalyutaların ödəniş metodu olmaq yolunda irəliləyərkən, Bitcoin özünü Gold 2.0 olaraq təqdim edir. Bitcoin-in problemlərindən xoşhal olmayan istifadəçiləri Dash istifadə etməyə dəvət edirəm".
Maks Keyzer Dash-ın ödəniş metodu kimi istifadə edilməsini təklif edir:

"Dash-ın məqsədi böyük bazarlar tərəfindən istifadə imkanlarına sahib kriptovalyuta formasına gəlməkdir. Bizim fikrimizcə, texnologiyaya əsaslanan motivasiya infrastrukturu Dash-ı böyük kütlələrə xidmət etmək üçün daha əlverişli hala gətirir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *