7,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Kanadaya Blockchain əsaslı şəxsiyyət sistemi gəlir


Kanadaya Blockchain əsaslı şəxsiyyət sistemi gəlir

02.01.2018 20:15
admin

Şirkətlərin, müştərilərinin şəxsiyyətlərini 100% düzgün bir şəkildə əldə edə bilməsi günümüzdə belə çox çətin bir iş sayılır. Şəxsiyyəti təsdiq etmək üçün sadə bir sinə kartından barmaq izinə qədər, səs ilə təyin olunmadan gözün yoxlanılmasına qədər bir çox fərqli yol sınaqdan keçirilir.  

Milli.Az kripto.az-a istinadən bildirir ki, lakin ən düzgün nəticələri verən biometrik sistemlərin də çatışmamazlıqları var: qarışıq altquruluş (infrastruktur) tələbi və yüksək qiymət. Ucuz olan üsullar isə kifayət qədər etibarlı olmaya bilər.

Kanada isə bu təhlükəsizlik/xərc ziddiyyətini aradan qaldırmaq üçün bir həll yolu təklif edir. Blockchain əsaslı yeni bir texnologiya ilə Kanada vətəndaşlarının şəxsiyyətinin dərhal və 100% düzgün bir şəkildə müəyyənləşdirilməsi mümkün olacaq. Kanada daha əvvəllər də kriptovalyutalara verdiyi dəstəklə tanınırdı.

Blockchain-in gücü
Bu növ güclü və əlverişli bir şəxsiyyət sisteminin altında yatan texnologiya, blockchain-in özü olacaq. Sistem planlaşdırılana görə bütün şəxsi məlumatların müştərilərin telefonlarında saxlanılmasına icazə verəcək.

Sistemdən istifadə edən bir müştəri ehtiyyac olduğunda telefonundakı xüsusi şifrəni əlaqədar quruma göstərərək şəxsiyyətini təsdiq edə biləcək. Bu şifrə sayəsində Blockchain-də saxlanılan məlumatların hamısı sadəcə şifrəni əldə edən qurum üçün əlçatan olacaqdır.

Artırılmış təhlükəsizlik
Layihə, məlumatlarının müxtəlif məlumat mərkəzlərində saxlanılmasını düzgün hesab etməyən müştərilər üçün sadə bir həll yolunu təmin edə bilər, bu da şəxsiyyət oğurluğunun böyük ölçüdə qarşısını alacaq kimi görünür. Kanadada yaşamayanlar üçün isə oxşar həll yollarını təklif edən SelfKey kimi xüsusi şirkətlər də mövcuddur.

Şəxsiyyət məlumatlarının telefon kimi şəxsi bir cihazda saxlanılması təhlükəsizliyi artırır. Əgər saxlanılan məlumatlar internetdə və ya bir məlumat mərkəzində arxivləşdirilmirsə, hakerlərin hücum edəcəyi bir hədəf də yoxdur. Məsələn, məlumatlarını bir mərkəzdə saxlayan Equifax, ötən günlərdə bu mövzuda bir problem yaşamışdı. Kanadadakı sistemin 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031