9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » İranda aksiyalar zamanı iki nəfərin öldüyü təsdiqlənib - YENİLƏNİB


İranda aksiyalar zamanı iki nəfərin öldüyü təsdiqlənib - YENİLƏNİB

31.12.2017 15:21
admin

15:21

İran hakimiyyəti Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfərin öldüyünü təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın "Press TV"  telekanalı məlumat yayıb.

Telekanal təhlükəsizlik qüvvələrinin "aksiyaçılara atəş açmadığını" qeyd edib.

Qeyd edək ki, bundan öncə "Associated Press" agentliyi Dorud şəhərində aksiya zamanı iki nəfərin öldüyü barədə məlumat yayıb. 

----------

12:45

İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb.

APA-nın məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

İran Dövlət Televiziyasına açıqlama verən bir İran rəsmisi ölən iki nəfərin İran polisi deyil, xarici agentlər tərəfindən öldürüldüyünü bildirib.

İran daxili işlər naziri Abdülrahman Rahmani Fazli  aksiyaçıların şəhərlərə qorxu, şiddət və terror yaydıqlarını və onlara sərt cavab veriləcəyini bildirib.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031