11,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Senator Məmmədov tennisçi Mıskinadan boşandı - FOTO


Senator Məmmədov tennisçi Mıskinadan boşandı - FOTO

29.12.2017 11:59
admin

Rusiya Federasiya Şurasında Samara vilayətini təmsil edən sirli biznesmen və gənc siyasətçi Sergey Məmmədov arvadı, məşhur tennisçi Anastasiya Mıskina ilə rəsmən ayrılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, senator Məmmədovun 3 oğlunun anası ilə ayrıldığı barədə şaiyələr bir müddət əvvəldən dolaşırdı. İndi bu şaiyələr təsdiqlənib və məlum olub ki, ayrılığa səbəb Məmmədovun biznesvumen, elit gözəllik salonu şəbəkəsinin sahibi Syuzanna Karpova ilə münasibətləridir.

Bəs sirli biznesmen və siyasətdə sürətlə irəliləyən Məmmədov kimdir? Rusiya mənbələrinə əsasən o, görkəmli sovet xadimi, SSRİ Dövlət Teleradio Komitəsinin sədr müavini olmuş azərbaycanlı Ənvər Məmmədovun nəvəsidir. Ənvər Nazim oğlu Məmmədov 1923-cü ildə Bakıda müəllim ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra 1941-ci ildə hərbi təyyarəçilər kursuna yazılıb. Lakin orada zədə aldığından Bakıya qayıdıb və hərbi kəşfiyyatın tərcüməçi kursunda oxuyub. Müharibədə iştirak edib. 1943-cü ildə tərxis olunub və SSRİ xarici işlər Xalq komissarlığına işləməyə göndərilib. 1944-1945-ci illərdə SSRİ-nin İtaliyadakı səfirliyinin press-attaşesi olub. Nürenberq prosesində tərcüməçi kimi iştirak edib.

Daha sonra SSRİ XİN-də müxtəlif vəzifələrdə işləyib, 1953-cü ildə Moskva Xarici Dillər Universitetini bitirib. 1956-1959-cu illərdə SSSRİ-nin Vaşinqtondakı səfirliyinin müşaviri olub, paralel olaraq  "USSR" jurnalının baş redaktoru işləyib. 1969-1960-cı illərdə "Sovinformbüro"nun direktorunun müavini olub. 1962-1985-ci illərdə SSRİ Dövlət Teleradio Komitəsinin sədrinin müavini işləyib. Hazırda RİA Novosti agentliyinin baş redaktorunun müşaviridir.

Görkəmli sovet xadimi Ənvər Məmmədov (ortada)

Ənvər Məmmədovun oğlu Georgi Məmmədov da peşəkar diplomatdır. Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsini daşıyır. SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir, üçüncü katib vəzifələrində işləyib. Daha sonra SSRİ XİN-də ABŞ və Kanada İdarəsinin rəisinin birinci müavini , 1991-ci ildə bu idarənin rəisi olub. Məmmədovun diplomat kimi sonuncu iş yeri Rusiyanın Kanadadakı səfiri (2003-2014-cü illər) vəzifəsidir. Biznesmen və Federasiya Şurasının üzvü Sergey Məmmədov Georgi Məmmədovun oğludur.

Səfir Georgi Məmmədov

Sergey Məmmədov 1972-ci ildə Moskvada anadan olub. 90-cı illərin ortalarından etibarən biznes fəaliyyətinə başlayıb, "Volqaburmaş" (Volqa Qazma Maşınları) şirkətinin sahibi, Samaradakı "BTM-Group" şirkətinin direktorlar şurasının sədri olub. 2010-cu ildə səhmlərini sataraq siyasətə girib, Samara vilayətində yerli icmanın deputatı seçilib. 2011-ci ildən bu yana Federasiya Şurasında Samara vilayətini təmsil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031