-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Ramzan Kadırov İnstagram-dan getdi,


Ramzan Kadırov İnstagram-dan getdi,

23.12.2017 21:52
admin

Çeçenistan prezidenti Ramzan Kadırov İnstagram-dakı profilini bərpa etmək niyyətində olmadığını bəyan edib.

Milli.Az Çeçnya Seqodnya-ya istinadən bildirir ki, R.Kadırovun İnstagram-dakı profili bu gün səhər saatlarında bağlanmışdı. Kadırovun profilinin 3,6 milyon daimi təqibçisi vardı.

Bəlli olub ki, profili Kadırov bağlamayıb. İnstagram bu profili "yolverilməz paylaşımlar" etdiyi üçün qapadıb.

"İnstagram-dakı profilimin bağlanması ilə bağlı servisə şikayət etmək niyyətində deyiləm. Maraq üçün texniki dəstək xidmətinə yazdıq, kimsə cavab vermədi. Aydındır ki, profil niyə bağlanıb. Qəzəblənəcəyimi, narazılığımı bildirəcəyimi düşünürdülər. Yanılıblar. İnstagram-ın və o servisin Ağ Evdəki himayədarlarının fəaliyyətində yeganə razı qaldığım məqam budur.

Vkontakte-də, Twitter-də, Telegram-da profillərim fəaliyyətdədir.

Yaxşı xəbər də var. Çeçenistanda "@Mylistory" sosial şəbəkəsi sınanır. İnstagram-dan əsla geri qalmayan şəbəkə Yeni İldən sonra işə düşəcək", - R.Kadırov Telegram-dakı akkauntunda yazıb.

O, daha sonra bildirib: "Onlar sosial şəbəkələrdə səhifələrimi qapada bilərlər, amma Ramzan Kadırovun adını nə onlar, nə də onların sahibləri silə bilməzlər".

"Mylistory"ni "çeçen İnstagram-ı" adlandırırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728