6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Qubadan olan milyoner Don: Saxta "Lacoste"yə görə 6 il həbs - FOTO


Qubadan olan milyoner Don: Saxta "Lacoste"yə görə 6 il həbs - FOTO

06.12.2017 15:41
admin

Moskvanın İzmaylovsk rayon məhkəməsi Azərbaycanın Quba rayonundakı məşhur "Qırmızı qəsəbə"dən olan milyoner Don Rafailova hökm çıxarıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Don Rafailov Moskvanın keçmiş "Çerkizovsk" bazarının xarabalıqlarında bir sıra məşhur geyim brendləri altında saxta idman geyimlərinin istehsalı ilə məşğul olan gizli sex yaratmaqda və həmin sexdə yüzlərlə Suriya, Vyetnam, İraq vətəndaşlarını qul kimi işlətməkdə təqsirli bilinib.

Bu iş üzrə Donun böyük qardaşı Januko Rafailov xeyli vaxtdır həbsdədir. Don Rafailov isə başqa yerə getməmək şərti ilə məhkəməyə qədər azadlığa buraxılmışdı.

"Kommersant" yazır ki, məhkəməyə sərbəst geyimdə gələn Don Rafailov üçün hökm gözlənilməz olub. O, məhkəmənin yumşaq cəza ilə kifayətlənəcəyini gözləyirdi. Lakin konvoylar onu şüşə qəfəsə salıblar və Don barəsində çıxarılan hökmü sükutla izləyib.

İttiham aktına əsasən Rafailov qardaşlarının da daxil olduğu mütəşkkil qruplaşma 700-dən çox qeyri-leqal miqrantın işlədiyi gizli sex yaradaraq orada "Nike", "Lacoste", "Adidas", "Bosco Sport" və "Chanel" brendləri altında saxta idman geyimlərinin istehsalını həyata keçiriblər.

Bu sex 2013-cü ilin yayında bağlanıb. İş üzrə həbs olunan Januko Rafailovun azadlığa buraxılması üçün Qırmızı qəsəbədən olan digər milyoner Roman Manaşirov müstəntiqə rüşvət verib. Nəticədə onun özü də həbs olunub. Habelə rüşvət alan müstəntiq barədə cinayət işi qaldırılıb.

Januko Rafailov yəhudi əsilli digər azərbaycanlı keçmiş oliqarx, hazırda axtarışda olan Telman İsmayılovun keçmiş ortağıdır.

Manaşirov qardaşları isə Moskvanın daşınmaz əmlak krallarından hesab edilirdi. Ancaq onlardan biri həbsdədir, digəri-Solomon Manaşirov isə qaçmağa nail olub. Manaşirov qardaşları mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda, vergilərdən yayınmaqda ittiham olunurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *