22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Bu məzarı hörmətsizlik hesab edirsinizmi?


Bu məzarı hörmətsizlik hesab edirsinizmi?

23.11.2017 23:35
admin

İtaliyada 61 yaşında vəfat etmiş gey haqları müdafiəçisi Carlo Annoni-nin Komo bölgəsindəki məzarı ictimai fikri ikiyə parçalayıb.

Milli.Az BBC-yə istinadən bildirir ki, Carlo Annoninin əri məzarın daha rəngarəng olmasını istəyib. Lakin tənqidçilər bunun zövqsüz olduğunu hesab edir.

"Dediyimi gender ayrıseçkiliyi saymayın, lakin bu qəbir sanki adamın gözünə girir, o, az qala başqa mərhumlara və qəbiristanlığa gələnlərə həqarətdir", - sağ təmayüllü Forza İtaliya partiyasından yerli bələdiyyənin üzvü deyib.

Andrea Ballabio məzarların rənglərini müəyyən edən qaydaların tətbiqini istəyir. Annoni ailəsinin tərəfdarları belə təşəbbüsün əleyhinədir.

DartmoorBritaniyada Dartmoor milli parkında baş daşları.

36 il ərzində cənab Annoni-nin partnyoru olmuş Corrado Spanger "sevgi və sədaqəti ifadə etmək üçün daha rəngarəng" qəbir görmək istədiyini deyir.

Tarixi olaraq Avropanın məzarlıqlarında işlədilən daşlar boz rəngdə olub.

Lakin hazırda idxal daş seçimini genişləndirib.

Ənənələr

Meksikada hər il mərhumların xatirəsinə üç gün davam edən şənliklər həsr olunur.

Bu, məşhur Día de los Muertos - yəni Ölülər günü karnavalıdır.

Bu mərasim vaxtı məzarlar bəzədəlir, şamlar yandırılır. Hesab olunur ki, bu günlərdə ölülərin ruhu yaşadığı yerlərə qayıdır.

Onları şadlandırmaq məqsədilə ləziz yeməklər hazırlanır.

Meksikanın Tlakotepek şəhəriMeksikanın Tlakotepek şəhərində Ölülər günü: Mərhumun xatirəsini yad etmək üçün məzar üstündə müsiqi ifadə olunur.

Qənd kəlləsi.Ölülər günü festivalında şəkərdən düzəldilən kəllə.

Tabut şəklində şirniyyatlarTabut şəklində şirniyyatlar

Xaricilər üçün bu ənənə qəribə görünə bilər, lakin Latın Amerikasının bəzi hissələrində mərhumun xatirəsinə qonaqlıq vermək adəti yayılıb.

Belə ənənələrə Afrikada da rast gəlmək olar.

Qitənin qərbində yerləşən Qanada yas mərasimləri daha rəngarəngdir.

Burada tabutlar status ifadəsidir və mərhumun həyatı barədə xəbər verməlidir.

TabutBu tabut qanalı tayfa lideri üçün hazırlanıb.

TabutQanada düzəldilən ayaqqabı şəklində tabut 2003-cü ildə Almaniyanın Osnabrueck şəhərinin sərgisində nümayiş etdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *