1,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » Ərdoğan: "Türkiyə və Rusiya arasında vizasız rejimə qayıtmaq lazımdır"


Ərdoğan: "Türkiyə və Rusiya arasında vizasız rejimə qayıtmaq lazımdır"

13.11.2017 23:51
admin

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Soçidə keçirilən görüşdan sonra mətbuata bəyanatla çıxış edib.

Milli.Az report.az-a istinadən bildirir ki, iki ölkə liderinin geniş və məhdud tərkibdə danışıqları 4 saatdan çox davam edib.

Ərdoğan Türkiyə və Rusiya arasında münasibətlərin bu qədər yüksək səviyyəyə qalxmasından məmnun olduğunu bildirib.
"Əlbəttə ki, bu səviyyə bizi qane edə bilməz. Biz o fikirdəyik ki, ölkələr və xalqlar bütün istiqamətlərdə əməkdaşlığı daha da dərinləşdirməli və daha sıx əməkdaşlıq etməlidirlər", - deyə o əlavə edib.
Prezidentin sözlərinə görə, tərəflər müdafiə sənayesi sahəsində birgə addımlara xüsusi əhəmiyyət verir.
Ərdoğan həmçinin Türkiyə və Rusiya arasında iqtisadi sahədə mövcud olan əlaqələrə diqqət çəkib:
"İkitərəfli əmtəə dövriyyəsinin 100 milyard dollara çatdırılmasına nail olmaq üçün ilk növbədə viza məsələsi də daxil olmaqla sahibkarların yolunda olan bütün əngəlləri aradan qaldırmaq lazımdır. Bununla əlaqədar iki ölkə arasında vizasız rejimə qayıtmaq lazımdır".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *