8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » 9 uşaq anası ailəsini atdı, məşuquna "qovuşdu" - FOTO


9 uşaq anası ailəsini atdı, məşuquna "qovuşdu" - FOTO

13.11.2017 14:49
admin

Onu əsla bağışlayan deyiləm. Onu övladları, Tanrı da bağışlamaz.

İngiltərənin Cənubi Taynsayd səmtindəki Şərqi Boltonda yaşayan 44 yaşlı Endi Hepvort belə deyir.

Onun arvadı, 44 yaşlı Haydi ailəsini, ərini və 9 övladını ataraq Qambiyadan olan məşuqu Mamadu Callounun yanına yollanıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, Haydi Hepvortun dediyinə görə, hər şey martda başlanıb.

"Məhz mart ayında Facebook-da tanımadığım kişilərin yazdıqlarına cavab verməyə başladım. Onların arasında Mamadu da vardı. Qambiyalı bu gənclə yazışdıq, ona vuruldum, sevdim. Sonra da yanına yollandım", - Haydi Hepvort deyib.

İndiyədək əsla Britaniyanı tərk etmədiyini, xarici ölkələrdə olmadığını deyən 44 yaşlı Haydinin sözlərinə görə, ötən aydan bəri Qambiyada, sevgilisi Mamadu ilə birlikdə yaşayır.

23 illik nikahda olduğu ərini və uşaqlarını atıb Afrikaya, məşuqunun yanına yollanan qadın "həyatında ilk dəfə əsl sevgi yaşadığını" vurğulayıb.

O, Facebook-dakı profilində fotosunu da dəyişib, ağ qadın və qaradərili kişinin öpüşməsinin əks olunduğu şəkildən yararlanıb.

Endi xanımını əsla əfv etməyəcəyini söyləyib.

"O, yaxşı həyat yoldaşı, qayğıkeş ana idi. İndisə onun vücuduna, sanki, İblis yerləşib. Məni və doqquz övladını atıb Afrikaya, Facebook-da tanış olduğu məşuqunun yanına yollanan qadına nə ad vermək olar axı?! - Endi Hepvort deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930