9,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,29 AZN

описание


» » İran XİN: "Sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət edilməlidir"


İran XİN: "Sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət edilməlidir"

13.11.2017 16:00
admin

"Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərinin dəqiq vaxtı hələ müəyyənləşməyib".

Milli.Az xəbər verir ki, bunu APA-ya cavabında İran XİN-in sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki,  İranla Azərbaycan arasında əlaqələr dostluq və yaxşı qonşuluq  üzərində qurulub və davam etdirilir.
 
B. Qasimi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri ilə bağlı suala cavabında qeyd edib ki, hər gediş-gəliş əlaqələrin yaxınlaşması mənasına gəlmir: "İran və Ermənistan arasında əlaqələr yaxşı səviyyədədir və bu ölkə bizim ən az problem yaşadığımız qonşu ölkələrdəndir. Biz ölkələrin daxili işinə müdaxilə etmirik, lakin sionist rejimini tanıdığımız üçün bilirik ki, bu rejim regionda  sabitliyin pozulmasına çalışır. Ermənilərə məsləhətimiz budur ki, bu rejimin Qafqaz regionundakı hərəkətlərinə  diqqətlə yanaşsınlar. Ümumiyyətlə, region ölkələri bu məsələyə diqqət etməlidir".
 
B. Qasimi Səudiyyə Ərəbistanının Ərəb Liqasını İranla bağlı fövqəladə iclasa çağırmasına toxunaraq xatırladıb ki, Ər-Riyadın bu tip addımları yeni bir şey deyil: "Bu ölkə regionda və ölkə daxilində bir sıra problemlərlə üz-üzədir. Davamlı uğursuzluqlara məruz qaldığı üçün çalışır ki, günahı başqalarına atsın və İran əleyhinə koalisiya yaratsın. Lakin regionda ötən bir ildə baş verən proseslər göstərir ki, Səudiyyə Ərəbistanı bu sahədə uğur qazana və gözlədiyi nəticəni əldə edə bilməyib. Düşünürəm ki, keçiriləcək iclas da  Səudiyyə Ərəbistanı üçün əlverişli nəticə verməyəcək. Çünki ölkələr hər biri öz mənafeləri və baxışları çərçivəsində qərar qəbul edir və siyasətlərini müəyyənləşdirirlər".
 
B. Qasimi Livanın baş naziri Saad Həririnin istefasına da toxunub: "Livan baş nazirinin istefası ani və şübhəli qərardır. Ümid edirik ki, Həririnin ötən gecə verdiyi açıqlamalara əsasən o, tezliklə Livana qayıdacaq və ölkəsində istefasını rəsmiləşdirəcək. Biz Livanın sabitliyi üçün hər bir addımı dəstəkləyirik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930