8,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2 AZN
10 RUB = 0,29 AZN

описание


» » İranda zəlzələ nəticəsində ölənlərin sayı


İranda zəlzələ nəticəsində ölənlərin sayı

13.11.2017 16:01
admin

16:01

Noyabrın 12-də axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

------------

13:56

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb, 2500-dən çox adam xəsarət alıb.

Report "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İranın təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Təşkilatından bildirilib.

İSNA-nın məlumatına görə, 5346 nəfər xəstəxanalara çatdırılıb, onların bir hissəsi sonradan evə buraxılıb.

---------

12:48

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.

Milli.Az-ın Trend-ə istindən məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

---------

10:33

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

Bu barədə report "Press TV"yə istinadən xəbər verir.

Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.

Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir.

----------

09:59

İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 200 ölüb, 1600 nəfər xəsarət alıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.  

----------

09:25

İran-İran sərhədində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164-ə çatıb. Trend-in məlumatına görə, bu rəqəmi İranın Press TV telekanalı səsləndirib.

Xatırladaq ki, İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

-----------

07:40

İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində 141 nəfət həlak olub, mindən çox adam yaralanıb. Bu barədə Trend Fars xəbər agentliyinə istinadən xəbər verir.

Yaradılan Böhran Mərkəzinin məlumatına görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kermanşah və İlam vilayətlətinə düşüb. Məhz orada - İlam, Kermanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Число жертв от землетрясения в Иране силой 7,4 балла возросло до 141

В Сети появилось новое видео с места мощного землетрясения в Ираке и Иране

İranda zəlzələ nəticəsində həlak olanların sayı 164-ə çatıb

İranda zəlzələ nəticəsində həlak olanların sayı 164-ə çatıb - 1

Момент разрушительного землетрясения в Ираке попал на камеры

На улицах иранского города спасатели извлекают из-под завалов тела погибших

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930