4,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Kataloniya parlamentinin sədri 150 min avro girov müqabilində azadlığa buraxılıb


Kataloniya parlamentinin sədri 150 min avro girov müqabilində azadlığa buraxılıb

30.11.-0001 00:00
admin

Kataloniya parlamentinin başçısı Karme Forkadel noyabrın 10-da azadlığa buraxılıb.

ATV.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Bir qədər əvvəl spikerin müdafiəsinin onun azadlığa buraxılması üçün 150 min avro girov ödədiyi bildirilib.

Noyabrın 9-da İspaniya Ali Məhkəməsi Forkadelin girov müqabilində azad olunma hüququ saxlanılmaqla həbsi barədə qərar çıxarıb. Prokurorluq parlament başçısı və daha bir neçə deputatı üsyana cəhddə və dövlət vəsaitinin israf olunmasında ittiham edib.

Xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib.

Oktyabrın 27-də İspaniya senatı konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salıb. Madrid Kataloniya lideri Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb, region parlamenti buraxılıb. Bundan əlavə, muxtariyyətdə növbədənkənar seçkilər keçiriləcəyi elan edilib.

ATV.az

Mənbə: news.atv.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2017    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031