6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,29 AZN

описание


» » Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərində şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb


Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərində şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb

30.11.-0001 00:00
admin

Səudiyyə Ərəbistanında korrupsiya cinayətlərinin istintaqı çərçivəsində 208 nəfər saxlanılıb. ATV.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl Mujib bildirib.  

Onun sözlərinə görə, saxlanılan 208 şəxsdən 7-si azadlığa buraxılıb. Baş prokuror hazırkı mərhələdə saxlanılanların kimliyinə dair açıqlama verməkdən imtina edib.   

Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin (ümumilikdə 40 nəfər) həbs edilməsinə dair qərar qəbul edib.

Səudiyyə Ərəbistanı Korrupsiya ilə Mübarizə Komitəsi  kralın fərmanı ilə noyabrın 4-də yaradılıb.

ATV.az

Mənbə: news.atv.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *